Yuxarı

Nərgiz Paşayeva vitse-prezident seçildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.

Report xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə vitse-prezidentlərin sayının üç nəfər artırıldığını diqqətə çatdırıb.

Belə ki, akademik Nərgiz Paşayeva həm AMEA Rəyasət Heyətinin yeni üzvü, həm də vitse-prezident seçilib. O, təhsil sahəsi üzrə işlərə baxacaq. Biologiya sahəsi üzrə İradə Hüseynova həm üzv, həm də vitse-prezident seçilib. Akademiyanın müxbir üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra edən seçilib. Eyni zamanda o da Rəyasət Heyətininin üzvü olub.

AMEA-nın digər vitse-prezidentləri vəzifələrinə yenidən akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyev seçiliblər.

Bundan başqa, səsvermə nəticəsində Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.

Tarix
2018.06.08 / 16:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla