Yuxarı

Gülər Əhmədova efirə qayıtdı: Veriliş aparacaq

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:04

Sabiq deputat Gülər Əhmədova “Lider” kanalında veriliş aparacaq.

Kult.az xəbər verir ki, keçmiş deputatın aparıcılıq edəcəyi hüquq verilişi yaxın günlərdə efirə çıxacaq.

Sabiq millət vəkili Kult.az-a açıqlamasında verilişlə bağlı bütün detalları Lider TV-nin yayacağını söylədi.

Lider TV-dən məlumat təsdiqlənib və bildirilib ki, verilişin nə zaman yayıma gedəcəyi hələ bəlli deyil: "Hazırda verilişin anonsları hazırlanır".

Qeyd edək ki, G.Əhmədova Milli Məclisin dördüncü çağırış seçkilərində Bakı şəhərinin Xətai rayonundan deputatlığa namizədliyini irəli sürüb və üçüncü dəfə deputat seçilib. Lakin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı deputat mandatından məhrum edilib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədov barəsində 2013-cü ilin fevralında həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

2014-cü il 5 mayda şərti azadlığa buraxılıb.

Tarix
2018.06.11 / 17:11
Müəllif
Nigar, Büllurə
Şərhlər
Digər xəbərlər

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla