Yuxarı

Azərbaycanı təbliğ edən ABŞ vətəndaşı ailəsi ilə birgə öldü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Duşeti bölgəsində ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin meyitləri tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Duşetiyə ailəvi istirahətə yollanmış cütlük qəfil sürüşmə və daşqın səbəbindən həyatlarını itiriblər.

R. Smit və ailəsinin itkin düşməsi barədə məlumat iyulun 6-da “112” xidmətinə daxil olub.

Xilasetmə işləri zamanı R. Smitin həyat yoldaşının meyiti ötən gün, onun özünün meyiti isə bu gün Xevi kəndində şəlalə yaxınlığında tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Cütlüyün 4 yaşlı oğlunun meyitinin axtarışları sabah səhər davam etdiriləcək.

Qeyd edək ki, R. Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub. İkili vətəndaşlığı olan R. Smit son illər Marneulidə yaşayıb. O, Azərbaycanın Qusar bölgəsində və Bakıda da fəaliyyət göstərib.

Tarix
2018.07.07 / 23:19
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla