Yuxarı

Mahiyyətcə Aygün olan miskin “aşıqlar”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir il öncəyə kimi məndən aşıqlıq haqqında soruşsaydınız, “boş və mənasız bir məşğuliyyət” deyib keçərdim. Çünki doğrudan da “aşıq” deyəndə ağlıma kanallarda, toyxanalarda şit-şit hərəkətlərlə, mənasız mimikalarla saz çalıb, şeir oxuyan adamlar gəlirdi. Hətta oxuduqları şeirin hər bəndində özlərini şirin satmaqçün bir-bir qohum-əqrabanın, “hörmətli” şəxslərin adlarını çəkib bəytərifi vermələri kifayət qədər əsəblərimə toxunurdu.

Elə bütün bunların səbəbiydi ki, “saz”, “aşıq” deyiləndə cinvurmuşa dönürdüm, ətim ürpəşirdi. Ta ki aşıq sənəti, aşiqlik haqqında daha doğru, daha həqiqi məlumatlara sahib olana kimi.

O zaman düşündüm ki, İlahi, bizim necə qiymətli dəyərimiz varmış!

Aşıq sənətinin tərkibində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri var və Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir.

Musiqinin bir xalqın taleyində necə böyük rol oynaya biləcəyi, bir millətin gələcəyinə necə təsir edəcəyi, cəmiyyətin inkişafına necə böyük tövhələr verəcəyini anladıqdan sonra ən qədim milli sərvətlərimizdən olan aşıq sənətinə münasibətim dəyişməyə bilməzdi.

Artıq bu sənətin televiziyalarda şoulaşmış, yazıq, həyasız görüntüdən ibarət olmadığına sevinmək olardı, amma çox təəssüf ki, hələ də bu sənət gözdən salınmağa davam edir.

Elə bir neçə gün əvvəl aşıqlığın “a”sından xəbəri olmayan iki sazçalan - Namiq Fərhadoğlu ilə Fəzail Miskinli efirdə əlbəyaxa davaya çıxdılar. Nə qədər səviyyəsizlik edib efir etikasını belə görməzdən gəlib bir-birlərini təhqir etsələr də, bir-birlərinə israrla həqiqəti dedilər: “Sən aşıq deyilsən!”

Vallah düz deyirsiniz, siz nəinki aşıq deyilsiniz, həm də möhtəşəm keçmişimizin qəsdinə duranlarsınız, bir-birinizi “qonaq” etdiyiniz sözlər qədər varsınız.

Elə sizinkimilər öldürmüşdü mənim gözümdə bu sənəti, sizlərin sayəsində nifrət edirdim aşığa. Amma demə, mən aşığa yox, aşıqlığa da yox, özünə güzaran düzəltmək üçün əlinə saz alan və sazın mahiyyətini anlamayan sizlərə nifrət edirəmmiş!

Siz nə aşiqlikdən bir zad qanarsınız, nə eşqdən, nə işıqdan, nə də İlahi sözdən. Siz mahiyyət etibarilə Aygün Kazımovadan qətiyyən fərqlənmirsiniz. Söhbət sənətdən getmir, əlbəttə, Aygünün təmsil etdiyi aləm də, sənətkarlığı da tam fərqlidir və siz peşəkar musiqiçilikdə Aygünün əlinə su tökə bilməzsiniz; söhbət mahiyyətdən gedir ki, sizlər də onu bilmirsiniz!

Sizlər aşığın, sazın mahiyyətindən xəbərsiz yaradılışlarsınız və dəhşətli odur ki, Fəzail Miskinli hətta fəlsəfə doktorudur, müəllimdir.

Özünə götürdüyü imzanın məsuliyyətini və dəyərini bilməyən biri necə aşıqlıq iddiasına düşür, onu kimlər və hansı əxlaqlı (elmdən söhbət gedə bilməz) alim edir?! Soruşsan, “Miskin” adının aşıqların özünə götürmə səbəbini bilməyəcək.

Bilsə və qansa, o cür görünüşdə efirə çıxıb, o sözləri ağzına almazdı.

O sözləri ağzına alan şəxs “Miskin” deyil, sözün indiki mənasında miskindir.

Heyf saza ki, sizin əlinizdədir!

Heyf o “aşıq” adına ki, sizlərə deyilir.

Siz saza, aşıqlığa qarşı formalaşan nifrətin ünvanısınız!

Nadanlar...

Tarix
2018.07.10 / 16:37
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla