Yuxarı

Tanınmışlar Gəncə olayı haqda nələr yazdı?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün saat 20 radələrində dini yönümlü bir qrup radikal şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qeyri-qanuni aksiyanın qarşısını alan və öz xidməti vəzifəsini icra edən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu şəhid etməsini ölkənin tanınmış şəxsləri də sərt şəkildə qınayıb və üzüntülərini bildiriblər.

Kult.az Azərbaycan ziyalılarının, jurnalistlərinin və digər nüfuzlu şəxslərin Gəncə olayı haqda sosial şəbəkədə yazdıqları fikirlərdən bəzilərini təqdim edir:

Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi):

“Vətənimizi qana sürükləyən bir ovuc xain inanıram ki, tezliklə layiqli cəzasını alacaq!”

Zaur Əliyev (tarixçi alim):

“Gəncədə iki polisimiz qətl edilib. Bu gün polisə qalxan o qatil əl sabah müəllimə, alimə, həkimə, hərbçiyə, fəhləyə, dindara, ateistə, uşağa və ən qorxulusu Bayrağımıza qalxa bilər. Bu əlləri vaxtında kəsmək lazımdır, bu əlləri qollarından qopartmaq lazımdır”.

Taleh Şahsuvarlı (jurnalist):

“Əxlaqsızlıq, söyüş, nifrət, nəhayət, qan gətirdilər bu ölkəyə. On illərdir ictimai rəydə leqallaşmağa çalışan, amma bacarmayan radikal dini cərəyanlara fürsət verdilər. Terroru açıqdan-açığa dəstəklədilər, Azərbaycan dövlətinin təmsilçisinə güllə atan terrorçunu “qəhrəman” elan elədilər. Hərəsi bir dövlətin qucağında oturub xalqı qarşıdurmaya, qırğına, iğtişaşa çağırdılar.

Burdakı əxlaq bacıları, qrant qardaşları, siyasət ortaqları ilə dövləti çökdürmək, dövlətin atribut və qurumlarına etimadsızlıq yaratmaq, mərkəzi hakimiyyəti zəiflətmək üçün əllərindən gələni etdilər. Azərbaycanı Suriyaya çevirmək planı quran hər kəsə maşa oldular.

Xalq ola, xalqdan ola, xalqla ola bilmədilər! Bu xalq sabitlik istəyir, işğal olunmuş torpaqlarının azadlığına can atır, tərəqqi və rifah yolunda addımlamaq istəyir. Onlarsa xaos, anarxiya, dərəbəylik peşindədir.

Dövlət yolunda, millət yolunda çalışdıqları üçün canına qəsd edilmiş iki şəhid polisimizdir bu xalqın qəhrəmanı, əlikramların, Əlikramla eyni mövqedən çıxış edənlərin elan etdiyi sayaq terrorçular deyil!

Azərbaycan dövləti bu terrorun qarşısını mütləq alacaq. Bu terrorun kökünü mütləq qazıyacaq, qanadlarını mütləq kəsəcək!

Sonacan dövlətimizin, sekulyar Ana Yasamızın və Prezidentimizin yanındayıq”.

Ceyhun Musaoğlu (jurnalist):

“Gəncədə yaşanan qanlı hadisələri ən kəskin şəkildə qınamayan bir nəfər də ola bilməz. Silahla etiraz etmək cinayət hadisəsidir. Bu cinayətin qarşısını alan polisə dərin minnətdarlıq düşür. Bəli, dəqiq ifadədir: öldürülən yüksək rütbəli polislər şəhiddir. Məntiqlə öldürən kim olur? Bəli, düşmən. Öz vətənində düşmən kimi davranmaq cahillikdən doğan aqressiyanın təzahürüdür. Belə münasibətə lənət olsun”.

Xudaverən Rəhimov (Qarabağ qazisi, müəllim):

“Bəzi müxtəlif maraqları olan qüvvələr pusquda duraraq, Azərbaycanımızı xaosa sürükləyib, 90-cı illərdə gördüyümüz özbaşınalıqları xalqımıza təkrar yaşatmaq istəyirlər. Bu cür əməllər düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Əziz gənclər! Sizə səslənirəm! Bu cür fitnələrə, hiylələrə uymayın! Dövlətimizə, dövlətçiliyimizə sadiq olun! Qardaşlarımızın, övladlarımızın düşmənlə üz-üzə durduğu bir dövrdə, müharibə şəraitində bu cür əməllər mənfur düşmənimizi sevindirir. Xain qüvvələrdən uzaq olun!

Allah Azərbaycan xalqını qorusun!”

Mahir Məmmədli (jurnalist):

“Gəncədə baş verən hadisəyə görə tutulanların heç biri Gəncə sakini deyil”.

Tarix
2018.07.11 / 11:40
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla