Yuxarı

“Gənc Vətəndaş”dan Gəncə olayı ilə bağlı – Bəyanat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənc Vətəndaş” İctimai Birliyi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Kult.az sözügedən bəyanatı təqdim edir:

”Gənc Vətəndaş” İctimai Birliyi Gəncə şəhərində radikal, ekstremist dini qrupların təmsilçiləri tərəfindən həyata keçirilən terror aksiyalarını qətiyyətlə pisləyir.

Baş verən hadisələr bir daha sübuta yetirir ki, Azərbaycanın dünyəvi, demokratik dövlətçilik modeli bütün müsəlman şərqi üçün alternativi olmayan çıxış və inkişaf yoludur. Azərbaycan xalqının tarixi ənənələrinə və mədəniyyətinə söykənən tolerantlıq modeli dinindən, irqindən asılı olmayaraq bütün insanların dinc birgəyaşayışının təmin edilməsi üçün yeganə vasitədir. Radikal dini qrupların və onları himayə edən dairələrin ən müxtəlif dini-siyasi şüarlar altında total təbliğat kampaniyalarına baxmayaraq Azərbaycan xalqının birmənalı olaraq radikalizmə, aqressiyaya yox deməsi, dövlətçiliyimizi göz-bəbəyi kimi qorumağa hazır olduğunu nümayiş etdirməsi vətəndaşlarımızın ayıq-sayıq olduğunu, baş verənlərin mahiyyətini yaxşı anladıqlarını sübuta yetirir. Azərbaycan xalqı hər zaman olduğu kimi yenə də öz dövləti ilə çiyin-çiyinə dayanaraq istiqlalımızı, gələcəyimizi hər cür qaranlıqdan qorumağa qadir olduğunu, dövlət-xalq birliyini bir daha nümayiş etdirdi.

Biz “Gənc Vətəndaş” İctimai Birliyinin təmsilçiləri olaraq, terroru və onun hər cür təzahürünü lənətləyir, konstitusion dövlət quruluşumuza, təhlükəsizliyimizə qarşı atılan bütün addımlara qarşı ən sərt tədbirlərin həyata keçirilməsini vacib hesab edirik”.

Tarix
2018.07.13 / 14:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla