Yuxarı

Bu şəhərimizdə 400 min insan təhlükə altında – Rəşidi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-farslara, konkret olaraq güneylilərə qarşı siyasətinin yürüdülməsi danılmaz bir gerçəkdir. Bu gerçəyi danmaq istəyənlər Təbrizə gələndə “Təbriz “zəngin” və “inkişaf etmiş” şəhərdir” deməklə, əslində, bu şəhərin türklər üçün yoxluğunu vurğulayırlar.

Kult.az xəbər verir ki, bu sözləri güneyli yazar və araşdırmaçı İbrahim Rəşidi İran hökumətinin Təbrizə lazımı qədər diqqət göstərməməsi haqda danışarkən deyib. O, Təbrizdə 400 min sakinin həyatının təhlükə altında olduğunu bildirib:

“İndi şişib yoğunlaşan fars şəhərləri hələ kiçik kənd olduqları illərdə belə Təbriz ehtişamlı və zəngin bir şəhər idi. Amma bu şəhərin 400 min insanı hazırda çürük və qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Bir neçə saniyəlik zəlzələ “Azərbaycan başdı, Təbriz qaşdı” kimi mübaliğələri yox edə bilər. Bəlkə, belə layihələrə pulları yoxdur? Nəinki böyük məbləğdə pullar, hətta çox kiçik imkanlar da bu şəhər və xalqa verilmir. 15 ildən çoxdur ki, iyirmi kilometrlik Təbriz-Səhənd yolunun tikintisi yarımçıq qalıb. Bu yol salınsa, Səhəndin yüz minə yaxın əhalisi bir neçə kilometrlik tıxaclı yolda 45 dəqiqə yubanmaq yerinə, sadəcə, on dəqiqəyə, vaxt itirmədən ünvanlarına çata bilərlər. Milli Təbriz siyasəti yoxdur, yaxşı, bəs xalqı bu qədər kiçik imkanlardan məhrum etməklə hansı siyasəti yürüdürlər?”

Tarix
2018.07.13 / 15:18
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla