Yuxarı

Azərbaycan oyunu beynəlxalq mükafat qazandı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Tehranda kompüter oyunlarına həsr olunan “Gamistan Avard” çərçivəsində II beynəlxalq sərgi-konfrans keçirilib. İran Kompüter Oyunlarının İnkişafı Fondu tərəfindən təşkil olunan bu tədbirdə Hindistan, Pakistan, Türkiyə, İran, o cümlədən Yaxın Şərq, Qafqaz və Orta Asiya ölkələrindən olan nümayəndələr iştirak ediblər. 120 şirkət, həmçinin 2000 istehsalçının qatıldığı bu tədbirdə Azərbaycan Oyun Studiyası “Azdimension” tərəfindən təqdim olunan “Sonuncu dalan” oyunu böyük maraq doğurub və “Ən yaxşı kompüter oyunu” nominasiyası üzrə II yerə layiq görülüb.

“Azdimesion” şirkətinin rəhbəri Fərid Haqverdiyev Kult.az-a bildirib ki, kompüter oyunları müasir dövrdə çox gəlirli bir biznes sahəsidir. Hazırda oyunların satışından əldə edilən gəlir kinematoqrafiya sənayesindən əldə edilən gəlirləri keçərək, ildə 100 milyard dollara çatıb:

“Ona görə də hazırda oyun bazarında çox güclü bir rəqabət var və burada kompüter və mobil cihazlar üçün minlərlə oyun satılır. Biz ilk gündən izləyicilərin hədsiz marağı ilə qarşılaşdıq. Stendimizin qarşısında sözün əsl mənasında qələbəlik idi, bizim oyunla, demək olar ki, hamı maraqlanırdı, çoxlu suallar verirdilər. Yeri gəlmişkən, oyunumuzun ssenarisi “Avesta” fəlsəfəsi üzərində qurulub. Bu dünyagörüşlə, Zərdüştlə bağlı hər kəs maraqlanırdı və biz də məmnuniyyətlə onların suallarını cavablandırırdıq”.

Fərid Haqverdiyev vurğulayıb ki, müsabiqədə 10 ölkədən 90 kompüter və mobil oyun iştirak edib:

“Çox sevinirik ki, təqdim etdiyimiz “Sonuncu dalan” oyunu müsabiqədə “Ən yaxşı kompüter oyunu” nominasiyası üzrə II yeri tutdu. İlk yer ənənəvi olaraq, İran istehsalı olan oyuna verildi. Onu da deyim ki, İranın mədəniyyət naziri bizim stendi şəxsən ziyarət etdi, oyunumuzla tanış oldu”.

Qeyd edək ki, “Azdimesion” şirkəti 2011-ci ildə yaradılıb. Şirkət bu günədək Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Dağlıq Qarabağın azad edilməsinə həsr edilən “İşğal altında”, həmçinin Android mobil cihazları üçün “İki igid” və “3 naxış” oyunlarını təqdim edib. “Sonuncu dalan” oyunu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2018-ci ildə istehsal olunub və hazırda bütün dünyada məşhurdur.

Tarix
2018.07.13 / 17:52
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla