Yuxarı

Mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən 143 məqalə yaradılıb və əsaslı şəkildə redaktə edilib.

Kult.az xəbər verir ki, bu məqalələrdən 55-i redaktə, 88-i isə yeni yaradılmış məqalədir. Komanda bu sahədə fəaliyyətə başlayarkən ilk diqqət yetirdiyi nüans Vikipediyada mətbuatla bağlı olan boşluqları üzə çıxarmaq və bu boşluqlar üzərində iş aparmaq olub. İş bölgüsü bir neçə istiqamətdə aparılıb.

Əvvəlcə milli mətbuatımızın yaranmasında bünövrə rolunu oynayan “Tiflis əxbarı” və “Qafqazın bu tərəfinin xəbərləri” kimi qəzet səhifələri yaradılıb və əsaslı şəkildə redaktə edilib.

Daha sonra maarifçilik ideyasının daşıyıcısı olan, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərən və milli mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzeti səhifəsi, həmçinin “Əkinçi” qəzetinin ənənələrini davam etdirən və görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad” kimi qəzet və jurnal səhifələri redaktə edilib.

Azərbaycanda ilk satirik jurnal olan “Molla Nəsrəddin“ jurnalı, eyni zamanda “Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda “Bəhlul”, “Məzəli”, “Azərbaycan”, “Kirpi”, “Mirat” kimi ana dilində nəşr olunan satirik jurnal səhifələri də redaktə edilib. Bunlarla yanaşı, komanda tərəfindən 2 kateqoriya və bir şablon yaradılıb.

Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynamış “Füyuzat” jurnalı səhifəsi, habelə Azərbaycan mətbuatı və publisistikası sahəsində, həmçinin millətin tərəqqisində müstəsna xidmətləri olan Azərbaycanın maarifpərvər ziyalıları Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtinski və Cəlil Məmmədquluzadə kimi ədiblərimizə məxsus səhifələr əməkdaşlarımız tərəfindən əsaslı şəkildə redaktə edilib.

“Dəbistan”, “Rəhbər”, “Məktəb” kimi bir sıra pedaqoji jurnal səhifələri, eyni zamanda “İşıq” və “Azərbaycan qadını” kimi bir sıra qadın jurnal səhifələri redaktə edilib.

Sadalanan məqalələrlə yanaşı, Azərbaycanda XIX əsrdə rus dilində çıxan “Bakinskiy listok”, “Kaspi” kimi mətbuat orqanları, “Qeyrət”, “Səda” kimi mətbəələr redaktə olunan məqalələr siyahısına daxildir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub. Məhz bu dövrdə fəaliyyət göstərən “Zənbur”, “Şeypur” kimi satirik jurnallar, eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin təsisçisi olduğu “Açıq söz” qəzeti səhifəsi redaktə olunanlar sırasındadır.

Tarix
2018.07.18 / 11:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla