Yuxarı

Günnütdə aşkarlanan qədim xalçalar... – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Dövlət Xalça Muzeyində “Azərxalça”nın hədiyyə etdiyi Günnüt xalçalarının təqdimatı olub.

“Azərxalça”dan Kult.az-a verilən məlumata görə, iyulun 18-də keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsimizin bir parçası olmaqla yanaşı, həm də tariximizi yaşadan eksponatlardır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. Bu sənət ibtidai formada olsa da, Neolit və Erkən Eneolit dövrlərində formalaşıb. I Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri insanların xalçaçılıq sənəti ilə Neolit dövründən məşğul olduğunugöstərir. Vaxtilə ölkəmizdə bu sahəyə lazımi diqqət yetirilməyib. Ümummilli lider HeydərƏliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra mədəni irsimizin qorunmasına vəinkişafına diqqət və qayğı artırılıb. Nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatan xalçaçılıq sənətinin unudulmaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə dövlət proqramının qəbul olunması muxtar respublikada bu sənətəgöstərilən dövlət qayğısının nümunəsidir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxışedərək deyib ki, beş minillik şəhər mədəniyyətinə malik olan ulu Naxçıvan Azərbaycanın, bütövlükdə, Qafqazın və dünyanın sivilizasiya marafonuna zəngin tarixi töhfələr verib.

Tarix
2018.07.19 / 10:52
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla