Yuxarı

Anadolu Universitetinin şadlıq evində ziyafətinə baxın…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyənin Anadolu Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycanda milli mətbuatın 143 illiyi və məsafəli (distant) təhsilin texniki bazası haqqında ictimaiyyətin məlumatlandırılması ilə bağlı keçirilən tədbirə qatılmışdım.

Tədbirin ikinci hissəsi mətbuat nümayəndələrinin şərəfinə verilmiş ziyafətlə davam etdi. Ziyafət deyəndə ki, hamımızı yaxınlıqdakı restorana, daha doğrusu, şadlıq evinə apardılar.

Elə haqqında yazmaq istədiyim məsələ də budur.

Bizdə restoran, şadlıq sarayı deyiləndə, adamın xəyalında toy mənzərəsi canlanır. Bu mənzərə də adamda ancaq “yemək, yemək, atılıb-düşmək və bir də yemək” təsəvvüründən o tərəfə keçmir. Barmaq vurmağa yer olmayan süfrədə 50 növ salat olmayanda, ağız büzürük: yeməklər üst-üstə yığılır, ofisiant isə süfrədən bir çöp də aparmır, əvəzində elə hey gətirir. Səbəbini soruşanda deyir ki, müdirin tapşırığıdır, süfrəmiz bol görünməlidir, dolu heç nəyi qaytara bilmərəm.

Sonra isti yeməklər, sonra plov, lap axırda da tortu qəbul etməyə məcbur edilən mədəyə ancaq yazığın gələ bilər.

Dünən də belə bir şadlıq evinə getdik. Amma…

Amma, vallah, dünənki mərasimi dərs vəsaiti kimi məktəblərdə tədris etməyə başlamaq lazımdır: çox səliqəli hazırlanmış bir neçə masa, üzərində iki çeşid salat, az sayda içki, kompot: ardınca hərəyə bir-iki şiş kabab, vəssalam!

Adam balası kimi gəldiyin ziyafətdən elə adam balası kimi də çıxıb gedirsən: mədən də doyur, gözlərin də…

Türkiyəli qardaşlarımızın işgüzarlığı həmişə xüsusi vurğulanır. Hətta bəzən, onların iş prinsiplərinə ağız büzənlər də tapılır. Bəlkə də toyxanalarda ən çox yemək üzrə rekord qırmaq istəyənlərə bu cür təmtəraqdan uzaq ziyafət anlayışı sərf etməz. Amma əminliklə demək olar ki, Anadolu Dövlət Universitetinin təhsil haqqında keçirdiyi tədbir elə təşkil etdikləri ziyafətə də sirayət etdi; sadə və əsl örnək olacaq ziyafət…

Tarix
2018.07.20 / 16:10
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla