Yuxarı

Cəmiyyəti manqurtlaşdırmağa çalışırlar - Millət vəkili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:36

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu öz işinə başlayıb.

Kult.az xəbər verir ki, "Qafqaz Bakı” otelində keçirilən tədbirdə Türkiyə, Avropa və Azərbaycanın millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri iştirak edir. Türkiyədən 40 televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gəlib.

Ötən gün forumun iştirakçı heyətini Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənov qəbul edib.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Avrasiya Jurnalistlər Dərnəyinin qurucu sədri Murad Palavar və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.

Beynəlxalq Media Forumunun panellərində “Axşam” qəzetindən Emin Bazarcı, Kanal-7-dən Məhmət Acet, İbrahim Ərdoğan, “İnternet Xəbər”dən Hadi Özişıq, “Hürriyət” qəzetindən Dəniz Zeyrək, “Akit” qəzetindən Hacı Yakışıklı, Ölkə TV-dən Həsən Öztürk, Kanal 24-dən Məlik İgidəl, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmaçı-jurnalist Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edir.

***

Forumun təşkilatçılarından olan, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxış edərək tədbirin keçirilməsində əsas məqsəddən danışıb:

"Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində silsilə tədbirlər keçirilir. "Anadolu” Yayınçılar Dərnəyi ilə “Yeni Çağ” Media Qrupunun birgə təşkilatçılığı ilə baş tutan bu Forum sayca üçüncüdür. Forumun təşkilində əsas məqsəd iki qardaş ölkənin mediası arasında əlaqələrin daha da gücləndirilməsi, inteqrasiyanın mümkün qədər sürətləndirilməsidir.

Biz Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, xarici ölkələrin media quruluşları ilə əlaqələrin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görürük. Bu Forum da həmin tövsiyədən irəli gələn tədbirlərimizdəndir.

Tədbirdə Azərbaycan və Türkiyə mediasının durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması kimi məsələlər müzakirə ediləcək. Bundan başqa, bu günlərdə iki il əvvəl baş vermiş FETÖ-nun çevriliş cəhdi və bundan sonrakı gəlişmələrə də toxunulacaq. İnanıram ki, tədbirin məqsədlərinə tam nail olunacaq”.

***

Türkiyə səfiri Ərkan Özoral Türkiyə və Azərbaycan arasındakı münasibətlərin tarixinə nəzər salaraq iki dövlətin ayrılmaz olduğunu deyib:

"İki qardaş ölkəni tarix boyu ayırmağa çalışan qüvvələr olub və olacaq. Biz hər zaman baş verən hadisələrdə bir-birimizin yanında olmuşuq. Keçmişdə iki ölkənin başına gələn hadisələr bizim aramıza nifaq salmağa yönəlsə də, əksinə olaraq, bu münasibətləri qüvvətləndirib. Cəmiyət bu günün həqiqətlərini 20 il əvvəl də görürdü. İnternet mediasının inkişafı hər iki ölkədə baş verən hadisələri tez bir zamanda digər ölkəyə çatdırır. Bu, daha rahat informasiya mübadiləsinə xidmət edir. Bu istiqamətdə strateji addımların atılmasının vacibliyini 15 iyul hadisələrindən sonra başa düşdük. O hadisələrdən sonra Türkiyə daha çox milli addımlar atmağa başlayıb. Biz artıq Azərbaycanla bir-birinə qaynayıb qarışımış, həqiqətən də "iki dövlət bir millət" cümləsinin haqqını veririk. Vətənin bütövlüyünün qorunması uğrunda hər kəs həyatını fəda verməyə hazırdır. Millət dövlət varsa var olar. Millət dövlətə, dövlət də millətə xidmət edir. Millətlər heç vaxt öz dövlətinə qarşı hazırlanan təxribatlara dəstək verməz. Azərbaycanda yaşanan son hadisələrdə xalqın dövlət ətrafında birləşməsini alqışlayıram. Həmin hadisələrdə vəfat edən iki polis qardaşımıza da Allahdan rəhmət diləyirəm. Ötən dəfə Azərbaycan mediasından Türkiyəyə, Türkiyədən də bura gələn media mənsublarına təşəkkür edirəm. Hər zaman demişəm ki, Türkiyə mediası hər yerdə Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər güclü olmasından danışsın. Bu bizim düşmənlərimizin mübarizə ruhunu azaldır. Çünki onlar durmadan Türkiyə-Azərbaycan arasındakı münasibətlərin pozulması üçün çoxsaylı işlər görürlər. Mən ümid edirəm ki, necə ki bu günə qədər etdikləri nəticəsiz qalıb, bu gündən sonra da Azərbaycan-Türkiyə münasibətlərini pozmağa kimsənin gücü çatmayacaq".

***

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Türkiyə-Azərbaycan arasında heç bir zaman anlaşılmazlıq ola bilməz:

"Tarix boyu davam edən qardaşlıq, dostluq iki ölkə arasındakı münasibətləri o səviyyyə çatdırıb ki, burada əlavə sözə ehtiyac yoxdur. Şərqdə ilk demokratik cümhuriyyət qurduğumuz üçün, qadınlarımıza ilk seçim haqqı verdiyimiz üçün qürur duyuruq. Türkiyə bütün hadisələrdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da 15 iyul hadisələri zamanı Türkiyəyə dəstək olub. Sabah Azərbaycan mətbuatının 143-cü ildönümü qeyd edilir. Ümumiyyətlə iki cəmiyyət və media arasındakı münasibətlərin təməli möhkəmdir. Dünən Əli Həsənov öz çıxışında da bunu vurğuladı. Hətta 1841-ci ildə Şərqin böyük filosofu M.F.Axundov nəşriyyat və həmin mətbəədə qəzetlərin çapını gündəmə gətirərkən ilk olaraq Türkiyəyə yollandı. Düzdür, nəticələr olmadı, amma bu cəhdləri unutmaq olmaz. Mətbuatımız ilk olaraq "Əkinçi" qəzeti ilə başladı. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində mətbuatın müəyyən qədər canlanması baş verdi. Əli bəy Hüseynzadənin türkləşmə ideyasının geniş yayılmasnın məqsədi ruspərəst qüvvələrin türkçlüyü üstələməməsi üçün idi. Hələ o dövrlərdən də Türkiyə mediasında bu hadisələr öz geniş əksini tapırdı. Hətta 1926-cı ildə Bakıda keçirilən ilk türkoloji qurultayda qoyulan məsələlərdən biri də media münasibətləri istiqamətində olmuşdu. Bizim ilk mühacir qəzetlərimiz də Türkiyədə işıq üzü görüb. Nə qədər çətin olsa da, iki ölkə arasındakı münasibətlər daim saxlanılırdı. Ölkəmiz müstəqillik əldə edər-etməz yenidən Türkiyə mediası bu məsələyə geniş yer ayırdı və Azərbaycana dəstək verdi. Xüsusilə də Xocalı soyqrımına öz hadisələri kimi yanaşması, bu həqiqətləri dünya ölkələrinə çatdırması bizim üçün çox dəyərli idi. 2010-cu ildə Bakıda Türk-Azərbaycan jurnalistlərinin "yeniliklər və bənzərsizliklər" mövzusunda konfransı keçirildi. Bu isə bütün dünya mediasının diqqətini çəkdi. Sonralar vahid informasiya portallarının yaranması, türkdilli məkanlarda media qurumlarının yaranması media sahəsində informasiya mübadiləsini artırdı. Ümumilikdə onu demək istəyirəm ki, bu gün Türkiyə haqqında səslənən mənfi fikirlərə Azərbaycan, Azərbaycan haqqında səslənən mənfi fikirlərə isə Türkiyə reaksiya verir. Qlobal məkanda müsəlman dövlətlərin bir-birinə dəstəyi çox gözəldir. Bizim mədəniyyətlərimiz, cəmiyyətlərimiz bir-birinə bənzəyir. Müsəlman dövlətləri arasında aparıcı olduğumuza inanıram. Ümid edirəm ki, bu konfranslar jurnalistlərin informasiya məkanında daha güclü addımlar atmasına töhfə verəcək".

***

Millət vəkili Hikmət Babaoğlu deyib ki, bu gün cəmiyyəti manqurtlaşdırmağa çalışırlar:

"Lakin bunun qarşısını almaq olar. Biz bugünlərdə təəssüf ki, Gəncə hadisələrini yaşadıq. Niyə? Çünki bizə xəyanət edənlər düşmən qüvvələrin yanındadır. Heç bir xalq özü özünə bədbəxtlik gətirməz. Xalqı mənəvi öldürməyə çalışan casuslara qarşı mübarizə aparmaq isə medianın üzərinə düşür. Daha güclü strategiya qurmalıyıq. Öz içimizdən gəncləri elə yetirməliyik ki, bu hadisələrin hazırlanmasına gərəkli olan fərd deyil, onların qarşısını alacaq fərdlər olsun. Bu istiqamətdə Türkiyə və Azərbaycan media mənsublarının birlikdə fəaliyyət göstərməsi sevindiricidir. Media təftiş etməli, sorğulamalıdır. Əgər bunu edə bilmirlərsə, manqurtluq yaranır və yayılır. İnsanlara bədbəxt hadisələrin əksəriyyətini din üzərindən yaşadırlar. Bu bütün Şərq ölkələrində var. Şiə radikalizminə yozulan Gəncə hadisələrində də əslində qlobal imperializmin izi açıq-aydın görülürdü. Ona görə də KİV kütləvi şüura xidmət edir. Bu isə asan iş deyil. Bunun öhdəsindən gəlmək lazımdır. Bu gün FETÖ-çular, radikal kütlə də elə özümüzük. Bunun qarşısını almaq üçün məqsədyönlü şəkildə çalışmalıyıq ki, qalib gələk. Hər iki dövlətin mediası ölkədaxili hadisələrə duyarlı və həssas yanaşır. 80 milyon əhalisi olan Türkiyədə hər kəs Azərbaycanı sevə bilməz, amma sevməyənlər çox azdır. Biz o kiçik kütləyə görə ümumi deyə bilmərik ki, Türkiyə Azərbaycana dəstək olmur".

Hikmət Babaoğlu onu da qeyd edib ki, 24 iyun seçkiləri zamanı da Azərbaycanın dəstəyi hiss olundu:

"Türk xalqları demokratiyanı sevir. Prezident seçkiləri zamanı da Azərbaycan Türkiyəyə dəstək oldu və bu qələbəni birlikdə yaşadı. Unutmayaq ki, dünya ölkələrində çox hadisələr var. Daha əvvəl dediyim fikirlərə qayıtmaq istərdim ki, Suriyada baş verənlər çox acınacaqlı olsa da, daha əvvəl Qarabağ dərdimiz gəlir. Bu da hər zaman qardaş ölkənin diqqətindədir".

Tarix
2018.07.21 / 13:25
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla