Yuxarı

Ona "general olacaqsan" demişdim, amma…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən üçün yaşayanlar və canını verənlər unudulmur! Baş leytenant Hümbətov Orxan Bayram oğlu. Qaraxanlı kəndində ailəsini ziyarətə getdik. Uşaqlığı gəldi-keçdi gözümün önündən. Anası məndən daha yaxşı xatılayır Orxana söylədiyim “səndən yaxşı general olacaq” sözlərini. Hərbi məktəbə daxil olanda ailəsinə “nə probem olsa, yanınızdayıq, amma inşallah, Orxan oxuyub arzularının arxasınca gedəcək” demişdim. Bu sözlərdən sanki illər keçməyib.

Orxan hərbi məktəbdə çox yaxşı oxudu, göndərildiyi ölkə və qurumlarda biliklərini daha da genişləndirdi, sonra baş leytenant kimi səsi Naxçıvandan, Günnütdən gəldi. Vətənpərvər, mərd idi Orxan. "Vətən", "torpaq" deyincə, canını bir an belə düşünmədən qurban verməyə hazır idi. Anasına “görəcəksiniz, inşallah, general da olacam, amma ən əsası torpaqlarımızın işğaldan azad edilməsidir və onun üçün daim çalışacam” deyərmiş.

Səsi Naxçıvandan, Günnütdən gələndə heç kəs təccüblənmədi. Günnütün işğaldan azad olunmasında Orxanın da rolu var. O, qəhrəman olmaq üçün doğulmuşdu, qəribə bir işıq vardı onda. Sadəcə ailənin deyil, kəndin də sevimli balalarından idi Orxan. Onu hər kəs sevgi ilə anır.

Bir neçə gün əvvəl Günnütün azad olunması xəbərinə təzəcə sevinmişdik ki, ondan bir az sonra “Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçuları daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb” xəbərindən üzüldük hamımız. 3 gənc hərbçimizi itirməyimizin ağrısı çox böyük idi və onlardan biri də Orxan idi.

Orxanın Qaraxanlıdakı ailə evində axşam əziz atası, anası, qonşuları ilə söhbət edirdik. Anasının qəhərli səslə “Qənirə xanım, siz oğluma general olacaqsan, torpaqlarımızı azad edəcəksən demişdiniz” deyə başladığı sözü, “O bizim könlümüzün generalıdır və Vətən üçün nə edə bilərdisə, ən yüksək səviyyədə çox gənc yaşlarında etdi, onu heç zaman unutmayacağıq və hər zaman rəhmət və sevgi ilə anacağıq” deyə bitirdim. Orxan gənclərimiz, ailəsi isə bir çox ailələrimiz üçün əsl örnəkdirlər. Çətinliklə böyütdikləri, oxutduqları övladları üçün “Vətənə bizim də canımız fəda, Vətən sağ olsun” deyə biləcək qədər böyük ürək və düşüncə sahibi olan bu gözəl ata-anamızı Allah qorusun! İnşallah, Orxanın xatirəsinə Tovuzda yaxın günlərdə tədbir keçirəcəyik. Gənclərimiz onu, arzularını daha yaxından tanımalı, bilməlidirlər.

Nur içində yat, könlümüzün generalı!

Tarix
2018.07.23 / 11:22
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla