Yuxarı

“Qarabağa məktub” - türk dünyasının ortaq dərdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımından sonra “Qarabağa məktub” adlı çox təsirli şeir yazan Türk dünyasının nəhəng şairlərindən olan Əbdürrəhim Qaraqoçun şeirdə səsləndirdiyi və şeirin leytmotivinə çevrilən bu fikirlər türk dünyasının ortaq dərdlərini ifadə edir.

Bahtına ağlayan Azeri kızı

Sen Karabağ dersin, ben karayazı

Boşlukta çırpınır Türk’ün avazı

Sanma ki dertlerin azı bizdedir

Sizdeki yaranın özü bizdedir

Xocalı soyqırımının ildönümündə bu şeirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən səslənməsi şeirə və şairə olan marağı artırmaya bilməzdi. Türkiyə Prezidentinin Əbdürrəhim Qaraqoç Abi deyə müraciət etdiyi bu parlaq şəxsiyyət kimdir?

Əbdürrəhim Qaraqoç şəxsiyyətinin bütövlüyü yaratdığı poeziya nümunələrinin məna çalarlarına, poetik semantikasına, mövzu zənginliyinə görə Türk dünyasında maraq doğuran şəxslərdən biridir. Şeirlərinin ana xəttini türkçülük və islam mövzusu təşkil edir.

Onun şəxsiyyətini xarakterizə etmək üçün təkcə bir fakta diqqəti çəkmək olar. Həyatı boyu heç kimi öyməyi sevməyən şair yalnız yaradıcılığı dövründə yalnız bir nəfərib - Çeçenistanın əfsanəvi lideri Cövhər Dudayevin şəxsiyyətini öymüşdür. Çeçenstanın milli lideri Dudayevin ölümünə həsr etdiyi şeirdə “Hüriyyətə könül vermiş aslandır” deyə Cövhər Dudayevə müraciət etmişdir.

Əbdürrəhim Qaraqoç rəsmi bioqrafiyası belədir. 7 aprel 1932-ci il tarixdə Türkiyənin Qəhrəmanmaraş vilayətinin Ekinözü (Cela) kəndində dünyaya gəlmişdir. Babası, atası, qardaşları şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstərmişdir. İki kitab həcmində ilk şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958 ildən etibarən yazdıqları şeirlərini “Həsənə məktublar” adı ilə toplamış, 1964-ci ildə 10.000 tirajla nəşr olunmuşdur. “FEDAİ” nəşrniyyatda çap olunan kitab ən kısa zamanda geniş şöhrət qazandığından 2 dəfə yenidən 10 min tirajla cap edilmişdir. 1958-1981-ci illər ərzində yaşadığı qəsəbənin bələdiyyəsində mühasib kimi fəaliyyət göstərmişdir.

Serdengeçti, Töre-Devlet, Ocak, Yeni Düşünce, Yenisey, Alperen nəşriyyatları tərəfindən 12 şeir, həmçinin məqalələr toplusundan ibarət bir kitabı çap olunmuşdur. 1985-ci ildən sonra jurnalistika ilə məşğul olmağa başlamışdır. Kısa bir arada siyasətə qoşulan şair bunun səbəbini belə izah edib: “Allah rızası üçün girmişdim, Allah rızası üçün də ayrıldım!”

30 ilə yaxın bir müddətdə həddindən artıq sevilən şair kitaplarının çapına görə hər kəsi geridə qoymuşdur. Xüsusi ilə “Vur Emri” adlı kitabı heç bir şairə nəsib olmayan səviyyədə populyarlıq və sevgi qazanmışdır. Həyatı və yaradıcılığı ilə böyük bir örnək qoyan Əbdürrəhim Qaraqoç doğulduğu gündə 7 aprel 2012-ci il tarixdə dünyasını dəyişmişdir.

Öz dilində tərcümeyi-halını həyacansız oxumaq mümkün deyil.

“Əbədi qudrətin tək sahibindən alınan əmr üzrə dünyaya gəlmişəm. Uşaqlığım kasıblıqla, imkansızlıqla keçsə də hələ də o günlərin həsrətini çəkirəm. Bəlkə də çox insanlara o illərdən danışsam “Həsrət çəkiləcək nəyi var?” deyə bilərlər, amma mən uşaqlıq illərimi çox sevdim. Şeir yazmağa kiçik yaşlarımda başladım. Zatən bizim yerlərdə hər gənç şeir yazardı. Bəzən bu tutku başqa bir məşğuliyyətin olmamasından kaynaklandığını da düşünürəm. Mən də boşluğumu şeirlə doldurmağa çalışdım. Mənimlə şer yazmağa başlayan insanların əksəriyyəti köməksizlikdən imkansızlıqdan batıb getdilər.

Mənə gəlincə, sağ olsunlar, iqtidarların və muxalifətin irimiqyaslı siyasətçiləri, ixtilal xuntaçıları, , cübbeli “alimlər” peliler, intellektual zübbəlilər, millî soyğunçular, elitar parazitlər, sərmayə sülükleri, zulüm-işgəncə istehsalçıları, ədaləti öldürən hüquqçular, dalkavuklar, üçkağıtçılar v.s. həmişə mənə yardımçı oldular. Şeir malzememi verən onlar, öfkemi bileyen onlar oldular. Kömək etdiklərini inkar etmirəm, fəqət təşəkkür də etmirəm. Dinsizlərin deyil, din düşmənlərinin, yəni İslam düşmanlarının da köməyi az olmadı. Bir mənada dini duyğularımın qüvvətlənməsinə vəsilə oldular. Ən uyğun zamanda yaşadığıma inanıram. Köməkçilərim var olduqları sürəcə yazmağa davam edəcəm. Allah qismət edərsə”.

Şairdən yadigar qalan çox maraqlı fikirlər var. Bu fikirlərdən biri də başqalarının kölgəsində gizlənən insanlara münasibətdə dediyi “Kölgədə olanın kölgəsi olmaz” fikridir.

Şairin ən məhşur şeirlərindən biri də Qarabağa həsr olunub:

Karabağ'a Mektup

Bahtına ağlayan Azeri kızı

Sen Karabağ dersin, ben karayazı

Boşlukta çırpınır Türk’ün avazı

Sanma ki dertlerin azı bizdedir

Sizdeki yaranın özü bizdedir.

‘Gel gardaş’ diyorsun gelecek yol yok

Şehitler kabrine koyacak gül yok

Çilesiz saat yok, kavgasız yıl yok

Kurşunlar sizdedir, sızı bizdedir

Sizdeki yaranın özü bizdedir.

Türkmen’e mi, Kırgız’a mı yanmadım

Tatar’a mı, Çerkez’e mi yanmadım

İmdat diyen bir söze mi yanmadım

Uygur’un,Özbek’in gözü bizdedir

Sizdeki yaranın özü bizdedir.

Müslüman, Türk olmak suçumuz bizim

Öfkeyle doludur içimiz bizim

Bir günde ağarır saçımız bizim

Yüz iki belanın yüzü bizdedir

Sizdeki yaranın özü bizdedir

Kendimizden koptu kendi bağrımız

Zulüm girdabında yandı bağrımız

Hedef tahtasına döndü bağrımız

Alevler sizdeyse közü bizdedir

Sizdeki yaranın özü bizdedir.

Komünizm sağırdı, demokrasi kör

Batıdan beslenir her türlü terör

Haçlı mumyaları uyandı bak gör

Kaç asrın silinmez izi bizdedir

Sizdeki yaranın özü bizdedir.

Birleşmiş milletler benzedi sirk'e

Sadistler musallat edildi şarka

İsrail Arap’a, Ermeni Türk’e

Kısmet bazı sizde, bazı bizdedir

Sizdeki yaranın özü bizdedir.

Yeni bir oyun var burada şimdi

Üçüncü piyonda sırada şimdi

Mitterand, Bush, Yeltsin nerede şimdi

Katilin, kalleşin pozu bizdedir

Sizdeki yaranın özü bizdedir.

Böyle geldi, böyle gitmez bu oyun

Zalimleri iflah etmez bu oyun

Umdukları gibi bitmez bu oyun

Mazlumun ekmeği, tuzu bizdedir

Sizdeki yaranın özü bizdedir.

Müslüman’ız, Türk’üz haktan yanayız

Adaletle süt emziren anayız

Aşk harcıyla vücut bulmuş binayız

Âti bizde saklı, mâzi bizdedir

Sevginin, şefkatin özü bizdedir.

Tarix
2018.08.05 / 13:34
Müəllif
Səməd Vəkilov
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla