Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Avqust 2018


Ruslar türk dövlətinə aid qalıqları aşkarladı - Dəhşət

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı arxeoloqlar Krımın şərqində yerləşən Qız-Aul nekropolunda qazıntı zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlayıblar.

Kult.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Arxeologiya” fondunun rəsmi nümayəndəsi Oleq Markov yayıb. Markov aşkar edilən qalıqların bir qisminin qəribə vəziyyətdə dəfn edildiyini bildirib:

“Bu insan qalıqlarından biri əlini üzünə tutmuş vəziyyətdə aşkarlanıb. Belə bir görüntü yaranır ki, bu şəxsi canlı şəkildə dəfn ediblər və o da üzünü ölümündən öncə hansısa formada bağlayıb qorumağa çalışıb”.

Markovun sözlərinə görə, kiçik məntəqədə 10 skelet aşkarlanıb və onların sümüklərində ciddi zədələr müəyyən edilib. O, hələlik bu şəxslərin kütləvi qırğın və ya epidemiya nəticəsində öldüyünün bilinmədiyini deyib. Tapılan qalıqların Xəzər xaqanlığı dövrünə aid olduğu vurğulanıb.

Qeyd edək ki, Xəzər xaqanlığı türk dövləti olub. Bu dövlət 650-969-cu illərdə hökmranlıq edib. Xəzərlər Ön Qafqaz, Qazaxıstanın şimal-qərbi, Azov sahilləri, Krımın şərq hissəsi, Şərqi Avropanın bir hissəsini nəzarətlərində saxlayıblar.

Tarix
2018.08.10 / 13:06
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yaponiya Stalinin bakılı agenti ilə bağlı yeni sirləri açdı - Foto

İçərişəhəri gəzmək istəyən turistlər üçün biletlərin - Qiyməti

NASA asteroidə müğənninin adını verdi

Bu vəhşi adətdən qurtulmalıyıq - Deputat

İrandan azərbaycanlılara qarşı addım: 72 illik həqiqət silinir

Tarixin ən böyük müğənnisi vəfat etdi - Video

Televiziyadakı yanlışlığın bizimlə əlaqəsi yoxdur – AMEA

Nazirlər Kabinetinin Tvitter səhifəsi yaradıldı

DSX-dən əməliyyat: İrandan gələn qrup ifşa edildi

Deputat azərbaycanlıları sahibsiz evdə qeydiyyata aldı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla