Yuxarı

Arxeoloqdan Qafqaz Albaniyası ilə bağlı mühüm tədqiqat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən Balakən rayonu Tülü kəndi ərazisində yerləşən yerli əhəmiyyətli türbənin Qafqaz Albaniyası xristian abidəsinə məxsus zəng qülləsi olduğu müəyyən edilib.

İnstitutdan Kult.az-a verilən məlumata görə, ekspedisiya 2-31 iyul 2018-ci il tarixlərində sözügedən abidənin ibadət zalında qazıntı işlərini davam etdirib. Burada bişmiş kərpiclərlə döşənmiş ibadət zalı tam tədqiq olunub, altar hissədə alban xaç altlığının yeri müəyyənləşdirilib.

Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənib. Həmçinin yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri - zəng qülləsinin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerləri aşkar olunub.

Cari tədqiqat mövsümündə kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, şimal giriş qapısı dörd sütun üzərində inşa edilib və bişmiş kərpiclərdən döşənib. Tədqiqatlar zamanı aşkar edilən döşəmənin üç yerdən şərq-qərb istiqamətində söküldüyü müəyyənləşdirilib.

Arxeoloji tədqiqatlar zamanı döşəmənin sökülmüş hissələrində iki ədəd daş qutu, bir ədəd isə torpaq qəbir abidəsinin olduğu aşkarlanıb, daş qutu qəbirlərdə təkrar dəfn izləri tapılıb. Bir nömrəli qəbirdə birinci skeletin az miqdarda sümüklərinə rast gəlinib, ikinci sarkofaqda birinci skeletin qalıqlarının ikincinin ayaq hissəsinə toplandığı aydın olub. Üç qəbirdən aşkar olunan 5 skelet antropoloji tədqiqatların aparılması ilə əlaqədar müvafiq laboratoriyaya təqdim edilib.

Ümumilikdə 300 kv.m. ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində şirsiz keramika nümunələrinə, kirəmitlərə və s. tikinti materiallarına rast gəlinib. İki il davam edən tədqiqatlar nəticəsində abidənin memarlıq quruluşu 70 faiz müəyyən olunub. Gələcəkdə abidədə və onun ətrafında mövcud olmuş həyat şəraitinin canlandırılması istiqamətində kompleks tədqiqatın aparılması nəzərdə tutulur.

Natiq Alışovun sözlərinə görə, Qafqaz Albaniyasına məxsus xristian abidələrində aparılan arxeoloji tədqiqatlar bir daha xalqımızın zəngin maddi mədəniyyətinə olan əsassız iddiaların kökündə heç bir elmi əsasın olmadığını sübut etməkdədir.

Tarix
2018.08.12 / 11:26
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla