Yuxarı

Macarıstanda Azərbaycan sərgisi açıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda keçirilən və minlərlə türk kökənli insanın və xarici qonağın iştirak etdiyi Turan Qurultayında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, Arzu Bağırovanın rəhbərlik etdiyi Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin və fəal qadınlarımızdan Məlahət Qəhrəmanova və Pərvanə Mustafayevanın təşkilatçılığı, Macarıstandakı səfirliyimizin, Turan Macar Vəqfinin dəstəyilə Azərbaycan sərgisi açılıb.

Kult.az xəbər verir ki, sərgidə ölkəmizin daha geniş tanıdılması və təbliğinə dair materiallar, əşyalar sərgilənib. Turan Qurultayında Azərbaycan stendi ən çox ziyarət edilən stendlər arasında olub. Azərbaycan sərgisində tanınmış azərbaycanlı rəssam, Türkiyənin Səlcuq Universitetinin professoru İlham Ənvəroğlu və rəssam xanımının möhtəşəm sərgisi də olub və əsərləri nümayiş olunub. Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Q.Paşayeva ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova, ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin , tanınmış sənətçilərimiz əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı, Türkiyənin Səlcuq Universitetinin professoru İlham Ənvəroğlu sərgini ziyarət edənlərə ölkəmizlə bağlı geniş məlumatlar veriblər, sualları cavablandırıblar. Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Q.Paşayeva sərgini ziyarət edən türk xalqlarının tanınmış ictimai-siyasi xadimləri, alimləri, aydınları, QHT və KİV rəhbərlərinə, Macarıstanın tanınmış şəxslərinə Azərbaycanla bağlı geniş məlumatlar verməklə yanaşı, onlara Azərbaycanı tanıdan materialları da hədiyyə edib və ölkəmizə dəvət edib. O bildirib ki, qardaş xalqların təmsilçiləri ilk növbədə başqa ölkələri deyil, məhz qardaş ölkələri ziyarət etməlidirlər.

Ermənistanın işğalçılıq siyasəti, işğal altındakı torpaqlarımızdakı tarixi-mədəni abidələrimizlə də bağlı geniş məlumatlar verən Q.Paşayeva və digər təşkilatçılar sərgini ziyarət edənlərə Azərbaycanla bağlı materialları da hədiyyə edib. Professor, azərbaycanlı rəssam İlham Ənvəroğlunun Türk dünyasını əks etdirən sərgisi də böyük maraqla qarşılanıb. Millət vəkili qurultayda iştirak edən Türk dövlətlərinə və xalqlarına aid mətbu orqanlarının sərgi, Azərbaycanla bağlı suallarını da geniş cavablandırıb.

Tarix
2018.08.14 / 18:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla