Yuxarı

Azərbaycan manatının keçdiyi yol – 1992-dən bu günə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın milli valyutası manatın dövriyyəyə buraxılmasından 26 il ötür.

Kult.az xəbər verir ki, ilk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb və manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə olub. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginazlar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginaz, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginazlar dövriyyəyə buraxılıb.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əsginazlar çap etdirilib.

Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları, hazırda istifadə etdiyimiz pul nişanları dövriyyəyə buraxılıb.

1 yeni manat 5000 köhnə manata bərabər tutulub. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100, bu ildən etibarən isə 200 ekvivalentində olan əsginazlar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub.

Ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Tarix
2018.08.15 / 11:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla