Ana səhifə Hadisə |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin (@AzerbaijanNK) Tvitter səhifəsi yaradılıb.
Kult.az xəbər verir ki, səhifə 13 avqustdan etibarən fəaliyyətə başlayıb.
Səhifədə müntəzəm olaraq Nazirlər Kabinetinin qərarları və müvafiq xəbərlər paylaşılır.
Qeyd edək ki, ölkəmizdə ilk Tvitter səhifəsi yaradan dövlət orqanı 2011-ci ilin aprel ayında Prezident Administrasiyası olub. Hazırda Xarici İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, Müdafiə, Gənclər və İdman, Səhiyyə, Maliyyə, Energetika, İqtisadiyyat nazirliklərinin, Diasporla iş üzrə, Dini qurumlarla iş üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Gömrük, Əmlak Məsələləri Dövlət Komitələrinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Neft Fondunun, ASAN Xidmətin Tvitter səhifəsi fəaliyyət göstərir.
Xatırladaq ki, Baş nazir Novruz Məmmədovun şəxsi Tvitter hesabı 2011-ci ilin aprel ayından fəaliyyət göstərir.
Tarix
2018.08.16 / 15:02
|
Müəllif
Büllurə Yunus
|