Yuxarı

Televiziyadakı yanlışlığın bizimlə əlaqəsi yoxdur – AMEA

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 11 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət Kanalında “Keçmişdən Gələcəyə” televiziya verilişində efirə verilən qondarma Böyük Ermənistan xəritəsi ilə bağlı rəsmi açıqlama yayıb.

İnstitutdan Kult.az-a verilən məlumatda qeyd olunub ki, 8 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət Kanalında “Keçmişdən Gələcəyə” televiziya verilişində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən arxeoloji ekspedisiyasının rəhbəri t.ü.f.d Natiq Alışov və ekspedisiyanın üzvü Aliyə Adgözəlova qonaq qismində iştirak edib və Qafqaz Albaniyasında xristianlıq, bu sahədə aparılmış tədqiqatlar və Balakən rayon Tülü kəndində 2017-2018-ci illərdə aparılmış arxeoloji qazıntılarla bağlı geniş məlumat verilib:

“11 avqust 2018-ci ildə Mədəniyyət kanalında “Keçmişdən Gələcəyə” verilişi efirə verilərkən aparıcının “Azərbaycan xəritəsinə nəzər salaq” ifadəsinə uyğun olmadan rus dilində qondarma Böyük Ermənistan xəritəsi kadr arxası efirə verilib”.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunu sözügedən xəritənin institutun əməkdaşları ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb:

“Adıçəkilən İnstitut əməkdaşları efirə gedən bu xəritəni televiziyaya təqdim etməyiblər və bu xəritəni digər tamaşaçılar kimi ilk dəfə televiziyada izləyiblər. “Keçmişdən Gələcəyə” verilişinin 11 avqust 2018-ci il tarixində efirə gedən buraxılışında kadrarxası montaj olunaraq göstərilən qondarma xəritəyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və verilişdə iştirak edən əməkdaşlarının heç bir aidiyyatı yoxdur və bunun üçün məsuliyyət daşımırlar”.

Tarix
2018.08.16 / 17:17
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla