Yuxarı

Aptekdə satıcı belə aldadıldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda aptekdə əczaçıya qarşı fırıldaqçılıq olub. Müştəri kimi aptekə girən qadın bir ədəd müalicəvi şampun alıb. Amma qadın nəinki aldığı məhsulun pulunu ödəməyib, üstəlik, satıcdan pulun qalığını alıb. Bütün bunlar isə saniyəsinədək təhlükəsizlik kamerasında qeydə alınıb.

"Xəzər Xəbər"in məlumatına görə, alıcı 50 manat pulu əczaçıya uzadır. Həmin vaxt başqa bir dərmanın da onlarda olub-olmamasını soruşaraq, pulu yenindən qaytarıb pulqabına qoyur.

Görüntülər paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsindəki apteklərdən birinin təhlükəsizlik kamerasına düşüb.

Zərərçəkmiş aptek sahibi deyir ki, qadının fırıldağından axşam saatlarında kassadakı pulu hesablayarkən xəbər tutublar. Belə ki, aptekin sahibi satılan dərmanların müqabilinmdə pulun az olduğunu görüb. O, əczaçı ilə birlikdə təhlükəsizlik kameralarına baxıb.

Bu zaman aydın olub ki, təxminən 30-35 yaşlı bir qadın apteka daxil olur. O, sağ tərəfdə vitrindən bir ədəd müalicəvi şampun götürərək kassaya yaxınlaşır. O, əczaçıya 4 manat 60 qəpik olan şampun üçün 50 manat pul uzadır. Bu zaman başqa bir dərman adını da ondan soruşur. Əczaçının başının qarışıq olmasından istifadə edən qadın 50 manatı qaytarıb pulqabına qoyur.

Əczaçı isə elə zənn edir ki, müştəri pulu ona verib. Əvəzində şampunu və 46 manat 40 qəpik pulu ona verir. Fırıldaqlıq edən qadın aptekdə kameraların olduğunu bildiyi üçün çıxarkən üzünü sanki gizlədir. Zərərçəkmişin sözlərinə görə, onlara 50 manat məbləğində ziyan dəyib.

Aptek sahibi məsələ ilə bağlı polisə müraciət edəcəyini bildirib.

Tarix
2018.08.21 / 01:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla