Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Baloğlanın konsertində fiasko: Biletlər satılmadı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Yaşıl Teatrda əməkdar artist Baloğlan Əşrəfovun solo konserti baş tutub.

Kult.az Oxu.az-a istinadla xəbər verir ki, konsertdən aylar öncə xeyli internet reklamı, şəhərin müxtəlif məkanlarında bilbordlar, avtobusların üstündə afişalar, TV-də anonslar getsə də, konsertə cüzi sayda bilet satılıb.

Zalın yarıdan çoxunun boş olması, səhnə dekorasiyasının olmaması diqqət çəkib.

Əşrəfov isə biletin satılmamasına görə konsertin təşkilatçısını (“Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttab) günahlandıraraq hətta onu tanımadığını bildirib.

Bütün bu ittihamlara isə Samir Xəttab cavab verib:

“Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim.

Çünki karyeram boyu bu cür texniki rayder, səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə son günə qədər gözləməyi xahiş edən, bərbad sayda satılmış biletlərdən biabır olmaqdan çəkinən sənətçi ötən gün səhnədə niyəsə elə hey məni yad edirmiş. Hətta təşkilatçını tanımırmış. Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs niyəsə özünə aid olan tamaşanı utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa, üzdə başqa danışmaq lazım deyil”.

Daha sonra təşkilatçı bildirib ki, müğənnini məhkəməyə verəcək:

“Hər şey rəsmidir. Bazar ertəsi bütün rəsmi sənədlərlə açıqlamam olacaq və barəsində mənim ünvanıma kütləvi tədbirdə şər-böhtan fikirlərinə, ictimai işgüzar nüfuzuma xələl yetirməsinə görə, maddi və mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm”.

Qeyd edək ki, Yaşıl Teatr 1800 nəfər üçün nəzərdə tutulub. Dünənki konsertdə isə biletlərin təxminən 20%-i satılıb.

Tarix
2018.09.09 / 12:09
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Onun vəfat etdiyi an Savalan silkələndi... - Video

Tanınmış meyxanaçı niyə axtarışa verilib? - Rəsmi

Adi yaraya bir metr tənzif bağlatdırıb... - Aktyor danışdı

“Azərbaycan” sözü bundan sonra belə yazılacaq

Leyla Əliyeva “Yeddi gözəl” sərgisinin açılışında - Foto

Ekspert: Aktyor-direktor davasının günahkarı... - Video

Kosovoda himnimizə qarşı hörmətsizlik...

Deputat “Diriliş Ərtoğrul”un qəhrəmanı ilə görüşdü - Foto

“Atalar və Qızlar” layihəsi: Video çək, iştirak et

Paşayeva onun ölümü haqda: Dünən bir yerdəydik... - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla