Yuxarı

Azərbaycanlı dirijor Fransada ikinci oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Kamera Musiqisi Orkestrinin və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov Parisdə "Radio France", "France musique", "L'orchestre philharmonique" və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Kult.az xəbər verir ki, müsabiqənin finalında iştirak edən dörd namizəddən Fuad İbrahimov, Dmirti Filatov 2-ci yerləri tutublar. Münsiflər heyətinin rəyinə əsasən, Fuad İbrahimov və Dmitri Filatov bərabər güclü rəqiblər kimi dəyərləndirilib və onların hər ikisi 2-ci yer üzrə mükafatlandırılıb. Birinci yer üzrə isə mükafatlandırmanın olmamasına qərar verilib. Digər iki namizəd Haoran Li və Wilson NG müsabiqənin diplomu ilə təltif olunublar.

Sonda müsabiqənin təsisçisi Marina Bouer çıxış edərək müsabiqənin tərəfdaşlarına təşəkkürünü bildirib. “Tərəfdaşlarımıza, xüsusilə də Heydər Əliyev Fonduna müsabiqənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”-deyə M. Bouer vurğulayb.

Qeyd edək ki, Fuad İbrahimovun namizədlik dosyesi Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunmuşdur. O, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə 350 namizəd arasından seçilib.

Tarix
2018.09.09 / 14:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla