Yuxarı

Qaçqınkomun qarşısında yolu kəsmək istədi, tutuldu - Rəsmi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) sentyabrın 11-də vətəndaşların növbəti qəbulu keçirilərkən xoşagəlməz hadisə baş verib.

Komitənin Mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, qəbula gəlmiş Ağdam rayon sakini Ağayev Yaşar Bəkir oğlu məcburi köçkün kimi ona da mənzil verilməsi barədə tələbinin yerinə yetirilməməsini bəhanə gətirərək, idarə etdiyi “Mersedes” markalı avtomobillə Tiflis prospektinin Dövlət Komitəsinin qarşısından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa cəhd göstərib. Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerində olan polis əməkdaşları və Dövlət Komitəsi işçiləri qayda pozuntusunun qarşısını almaq məqsədilə təcili tədbirlər görüb, avtomobili yolun hərəkət hissəsindən kənara çəkiblər.

Vətəndaş Ağayev Yaşar Bəkir oğlu yenidən Komitəyə dəvət olunub, ona mənzil tələbinin indiki mərhələdə həlli üçün qanuni əsasların olmadığı bir daha izah edilib.

Bundan sonra Y.Ağayev ictimai asayişin pozulmasına səbəb olan hərəkətə yol verdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində mövcud qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.

Tarix
2018.09.11 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla