Yuxarı

Məşhur futbolçudan böyük şairimizə qarşı - Təxribat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın məşhur futbolçusu Əli Kərimi ustad Məhəmmədhüseyn Şəhriyarın şeirini İran şahının əsəri kimi təqdim edib.

Kult.az xəbər verir ki, o, “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni...” şeirini Əhəməni hökmdarı Kirin əsəri adlandırıb.

Əli Kəriminin şeiri farscaya çevirərək İnstaqram səhifəsində yayıb, təhrifə yol verməsi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazına səbəb olub. Sərt reaksiya ilə üzləşən Əli Kərimi bir neçə saat sonra şeirin tərcüməsini səhifəsindən silib.

Onun bu təhrifə görə Azərbaycan-türk millətindən üzr istəməsi tələb olunur.

Şəhriyarın sözügedən şerini təqdim edirik:

Qoy məram üstə saralsın yaz becərdən gülşəni

Anlamaz dostu rəha et, saxla aqil düşməni

Doğru sözdür, bu keçənlərdən qalıbdır yadigar

Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.

Xəlq edib xəllaq aləm, bir gözəl insan səni

Qoyma dünya eyləsin qəlladəli heyvan səni

Düz yaşa, azad yaşa, namərdə əymə başıvı

Yatma tülkü daldasında, qoy yesin aslan səni.

Tarix
2018.09.14 / 14:58
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla