Yuxarı

"Cunior Avroviziya"da Bakını o təmsil edəcək

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı Belarusun paytaxtı Minskdə keçiriləcək "Cunior Avroviziya 2018" ("Junior Eurovision 2018") beynəlxalq mahnı müsabiqəsində Prezident təqaüdçüsü Fidan Hüseynova təmsil edəcək.

Report xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) "Junior Eurovision 2018" mahnı müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib.

Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin Musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva iştirak ediblər.

L.Quliyeva bildirib ki, Fidan Hüseynova fransalı müğənni Lara Fabianın konsertində səhnəyə çıxaraq mahnı ifa etməsi ilə yadda qalıb: "Onun həmçinin Elnur Hüseynovla dueti var. Fidanın ifa edəcəyi mahnı hələlik məlum deyil, yarışmanın qaydalarına əsasən, mahnı ifaçının iştirakı ilə yazılacaq. Azərbaycan istedadlar ölkəsidir. Niyə də bizim uşaqlarımız haqqında dünyada məlumat olmasın. Əgər belə bir imkanımız varsa, niyə də bundan yararlanmayaq. Bu, bizim istedadlı uşaqlar üçün böyük bir stimuldur".

Qeyd edək ki, Fidan Hüseynova 2005-ci ildə anadan olub. O, 2017-ci ildə "Testene Art Baku" beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yer qazanıb. Bundan başqa, "San Remo Junior" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fidan Hüseynovanın adı Azərbaycanın gənc istedadlarının "Qırmızı kitabı"na salınıb və Prezident təqaüdünə layiq görülüb.

Tarix
2018.09.18 / 16:03
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla