Yuxarı

Rektordan inanılmaz: tələbələrin kitabları...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla ADU-nun bаkаlаvriat pilləsinin I kursuna qəbul olmuş Təhsil fakültəsinin tələbələri ilə görüşüb.

Kult.az xəbər verir ki, rektor ADU-nun 2018/2019-cu tədris ili üçün nəzərdə tutulmuş plan yerlərinə qəbulun əvvəlki illərə nisbətən yüksək olmasından söz açıb. Qeyd edib ki, 289 nəfər 501-600, 296 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

Ümumilikdə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 1432 abituriyent Azərbaycan Dillər Universitetinin bakalavriat, 242 tələbə isə magistratura pilləsinə qəbul olub.

Görüşdə Kamal Abdulla maraqlı təşəbbüslə çıxış edib. Rektor bildirib ki, tələbələrin mağazalardan aldıqları kitabların pulu universitet tərəfindən ödəniləcək. Bunun üçün tələbələr kitab mağazasından aldığı qəbzləri universitetə təqdim etməlidirlər. Rektorun bu təşəbbüsü tələbələr tərəfindən alqışlarla qarşılanıb.

Tarix
2018.09.21 / 16:58
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla