Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 Dekabr 2018


İlham Əsgərovun xatirə gecəsi keçiriləcək

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-i saat 19:00-da Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti İlham Əsgərovun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçiriləcək.

Teatrdan Kult.az-a verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Mərasimdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq, sənətkara həsr olunan videoçarx nümayiş etdiriləcək.

Anım mərasimində İlham Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər. Sonra isə İlham Əsgərovun xatirəsinə həsr olunan “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olunacaq.

Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edir.

Qeyd edək ki, İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.

6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib.

Tarix
2018.10.09 / 15:23
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanlı gəncdən şəhidlərimizə hörmətsizlik...

Azərbaycanda məktəbin zirzəmisindən patronlar tapıldı

Bakıda xərçəngi müalicə edən qurğu oğurlandı - Video

Azərbaycanda sürüşmə: Ailələr evsiz qaldı - Video

Heç kimin ağlına gəlməzdi ki, Əliyev bunu edəcək - Foto

Bədbəxtlikdən qorunmaq istəyirsinizsə... - Kosmik effekt

Onu necə unutmaq olar?!

Heydər Əliyev babasının məzarı önündə - Video

Radiomuzun növbəti buraxılışında “Günel” – Video

XX əsrin ən məşhur mahnısı bəlli oldu - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla