Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


Tanınmışlar qızlarını belə təbrik etdi - Foto/Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 Oktyabr - Beynəlxalq Qızlar Günüdür. Bu münasibətlə bir çox tanınmış şəxs sosial media hesablarında qızları ilə fotolarını paylaşaraq, onları təbrik ediblər.

Kult.az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova müğənni qızı Aynişan Quliyevanı təbrik edərək, ürək sözlərini yazıb:

“Sən dünyaya gəlməmişdən əvvəl, gecə-gündüz oğul anası olmaq arzusu bütün düşüncələrimi zəbt etmişdi. Ancaq atan mənim tam tərsimə, hər kəlməsinin başında “Allah, onu eşitmə, mənə qız övladı ver” deyib, sənin üçün dua edirdi, qızım. Sən dünyaya gəldiyin an mənim üçün hər şey dəyişdi, elə bil, oğul düşüncəsi ilə yaşayan heç mən deyildim. Gəlişinlə dünyamı dəyişdin, qızım. Sən mənim ömür nərdivanım oldun. Bilməzdim ki, bu qədər qəlpə yarası ilə dolu olan ürəyimi o körpə əllərinlə ömür nərdivanının ta yüksəkliyinə qaldıra biləcəksən. Sən mənə gəlişinlə tərbiyə verdin. Sən mənə qız övladlarının heç də oğul övladlarından az gərəkli olmadığını öyrətdin. Qız övladı oğuldan da vəfalıdır. Bunu göstərdin mənə. Sən mənim talanmış sevgi torpağımın torpağı, vətəni, ölkəsi oldun. Səni ömrümdən çox sevirəm, qızım. Nə yaxşı ki, Allah mənim yox, atanın duasını eşidib. Sənin timsalında bütün qız övladlarını təbrik edirəm. Sən dünyaya gəldikdən sonra belə dua edirəm: Qoy Allahım hər kəsə birinci qız övladı bəxş etsin. Allah heç bir kəsi nemətsiz etməsin”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov da bu gün münasibəti ilə qızını təbrik edib:

“Qızı olan valideynləri Beynəlxalq Qızlar Günü münasibətilə təbrik edirəm. Məni günün istənilən saatında arzuladığı istiqamətə yönəldə bilən qızımı, eyni zamanda gözəl balalarınızı Allah saxlasın”.

Təbrik mətni yazanlar arasında Bakı Metropoliteni QSC-nin keçmiş mətbuat katibi Nəsimi Paşayev də olub. O, qızı ilə maraqlı bir videosunu paylaşaraq, “Qızlar gününə özəl. Övladlarımız üçün öküz olmağa da dəyər. Qız istəməyənlər bir daha düşünsün, məncə” sözlərini qeyd edib.

Bakı şəhər Baş Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov da öz övladlarını təbrik edərək, qızların ali təhsilli olmasının önəmindən bəhs edib:

“1 Oktyabr - Beynəlxalq Qızlar Günüdür. “Üç qızı olan cənnəti sorğu-sualsız qazanıb” deyirlər. Bu hesabla mən də namizədliyə yaxınam. Amma düzgün tərbiyə və normal təhsil vermək şərtilə... Allah hər kəsə övladlarını yaxşı tərbiyə etmək və xoşbəxt böyütmək sevinci qismət eləsin. Qız, qadın təhsillidirsə, cəmiyyət, millət təhsillidir”.

Tanınmış jurnalist Büllurə Aslanqızı da qız övladlarını təbrik edərək, bu günün əhəmiyyətindən danışıb:

“BMT-nin Baş Assambleyasının qərarı ilə təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müəssərliyi, cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir. Allah bütün balaları qorusun”.

Real TV-nin şef redaktoru Amil Hacıyev, tanınmış jurnalist Ləman Ələşrəfqızı da öz qız övladları ilə fotolarını paylaşaraq, onların timsalında bütün qızları təbrik ediblər.

Tarix
2018.10.11 / 16:59
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda tikiş müəssisəsində partlayış

Azərbaycanlı şərhçi Türkiyədə fenomenə çevrildi - Foto

Hamı Heydər Əliyev haqda bu sözü deyirdi - Video

Baba Vəziroğluna ağır itki

Şeyx Səfinin ustadı, məşhur mürşid anıldı - Foto

Leyla Əliyeva babasını belə andı – Video

Qaydulyan rus tamaşaçıları söydü: Qoyun sürüsü… - Video

Heydər Əliyevə layiq "şah əsər" - Qusman

Azərbaycanlı gəncdən şəhidlərimizə hörmətsizlik...

Azərbaycanda məktəbin zirzəmisindən patronlar tapıldı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla