Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2018


Bişkekdə tanınmış yazıçıya həsr olunmuş forum - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş “Çingiz Aytmatov və müasir dövrün çağırışları” İssık Kul forumunun Bişkek şəhərindəki bir nömrəli prezident iqamətgahında açılışı olub.

Kult.az xəbər verir ki, dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçıların qatıldığı tədbirdə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov da iştirak edib.

Tədbiri açan Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov öz çıxışında məhv olan ekologiya, təbiətlə harmoniyada yaşamaq tərzi, millətlərarası sabitlik, ölkələr arasında inteqrasiyanın möhkəmləndirilməsi mövzularını müzakirəyə çıxarmağı məsləhət görüb.

Dövlət başçısı deyib ki, adıçəkilən problemlər neçə illər bundan əvvəl böyük yazıçı Çingiz Aytmatov tərəfindən dilə gətirilib.

Tədbir çərçivəsində türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla görüşüb.

Fondun prezidenti görüş zamanı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova fondun sifarişi ilə tərcümə edilib nəşr edilmiş Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyevin müəllifi olduğu “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabını təqdim edib. Fondun rəhbəri kitab haqqında dövlət başçısına qısa məlumat verib.

Qeyd edək ki, pulsuz yayılması nəzərdə tutulan kitabı qırğız dilinə tanınmış tərcüməçi-şair Mukan Asanaliyev tərcümə edib.

Bundan başqa Nüsrət Məmmədov Qırğızıstanın Prezidentinə Çingiz Aytmatov haqqında fondun nəşr etdirdiyi bir neçə kitab təqdim edib.

Tarix
2018.10.12 / 18:14
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu ölkədə kütləvi zəhərlənmə: 7 ölü, 80 nəfər isə...

Nəsibə Zeynalovanın oğlundan maraqlı paylaşım: evlilik... - Foto

Abutalıbov uşaqlara məsləhət verdi və şeir dedi - Video

Məşhur cazmen vəfat etdi

Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin etdi

İsveçrəyə getmək istəyən şagirdlərə gözəl şans

Tahir Salahovun qızının milyonluq əsərləri oğurlandı

Heydər Əliyevi dinləyib, ona heyran olmamaq... - Kamal Abdulla

Erməni milyarder edir, Elkapone isə “meydan oxuyur...”

Hədəf Liseyi məşhur şirkətlə müqavilə bağladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla