Ana səhifə Hadisə |
10:06
Əməkdar jurnalist, yazıçı, publisist Yusif Kərimov bu gecə vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə Ahıl Jurnalistlər Mərkəzinin rəhbəri Məzahir Süleymanzadə məlumat yayıb. O bildirib ki, Y.Kərimovla vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək.
Xatırladaq ki, Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), “Bakı” qəzetində şöbə müdiri (1964-1973), Azərbaycan Televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) vəzifələrində çalışıb.
“Azərbaycan gəncləri” qəzetinin redaktoru (1981-1995), Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləyib.
İqtisadi İnkişaf Nazirliyində mütəxəssis, Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) kimi də fəaliyyət göstərib.
2010-cu ilde Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.
***
Əməkdar jurnalist Yusif Kərimov Xırdalan qəbiristanlığında dəfn edilib.
Mərhumla vida mərasimində Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə, KİV DF sədri Vüqar Səfərli, Mətbuat Şurasının üzvləri - "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı xəbər”in baş redaktoru Aydın Quliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, həmçinin BDU jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, veteran jurnalist Zöhrab Zeynallı və başqaları iştirak edib.
Allah rəhmət eləsin!
Tarix
2018.10.15 / 16:32
|
Müəllif
Büllurə Yunus
|