Yuxarı

Rus dili mütləq öyrədilməlidir, amma... – Millət vəkili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Gövhər Baxşəliyeva Milli Məclisdə çıxışı zamanı bu il məktəblərdə birinci sinfə qəbulda rus bölməsinə meyil edənlərin sayının çoxaldığını deyib. O bildirib ki, rus dilinin tədris olunmasına qarşı olmasa da, rusdilli təhsilə belə meyillənmə kökündən yanlışdır.

Bu barədə Kult.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, rus dilinin dövlət dili səviyyəsinə qaldırılmasına heç cür yol vermək olmaz:

“Bu dillər yalnız əcnəbi dil statusunda olmalıdır. Amma xarici dilin cəmiyyətdə kütləvi şəkildə öyrədilməsi üçün imkanlar yaradılmalıdır. Bunu məhdudlaşdırmaq olmaz, çünki Azərbaycan dilinin imkanları ilə dünyada elmi, tədris, biznes mühitində hansısa uğur qazanmaq perspektivləri böyük deyil. Dünyaya inteqrasiya istəyiriksə, mütləq rus və ingilis dillərinin tədrisi ölkəmizdə genişləndirilməlidir. Amma heç bir halda bu dilləri dövlət dili elan etmək olmaz. Bu, siyasi cəhətdən yanlış və naşılıq olar. Dövlət dilinin yanına hansısa əcnəbi dili qoşmaq olmaz”.

F.Mustafanın sözlərinə görə, xarici dildə təhsil almağa meyillilik ölkəmizdə təhsilin yetərli səviyyədə olmaması ilə əlaqədardır:

“Reallıq budur ki, Azərbaycan arealı üçün vacib olan rus və ingilis dilini öyrənmək zəruridir. Başqa dildə təhsil alan şəxs öz kimliyini itirmir. Təbii ki, prioritet olaraq vətəndaşların dilimizi yüksək səviyyədə öyrənməsinə şərait yaradılmalıdır. Azərbaycan dilində təhsil yüksək səviyyədə olsa, rusdilli, ingilisdilli məktəblərə ehtiyac duyulmaz”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov respublika üzrə 340 orta məktəbdə tədrisin rus dilində aparıldığını bildirib. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir.

Tarix
2018.10.17 / 15:47
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla