Yuxarı

MTN əməliyyatçısı Oqtay Əliyev kimdir?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, Qarabağ müharibəsi veteranı mərhum Əliyev Oqtay İrşad oğlu haqqında məqalə yaradıb.

Kult.az xəbər verir ki, Oqtay Əliyev 1960-cı ilin 18 oktyabrında Ağdamda doğulub. Burada 2 saylı beynəlmiləl orta məktəbdə təhsil alıb.

1990-cı ilin yanvar-fevral aylarında erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak etmək üçün MTN-nin Ağdam, 1991-ci ilin iyul ayında isə Goranboy rayon bölməsinə ezamiyyətə göndərilib. 1992- 1993-cü illərdə MTN-nin Ağdam rayon şöbəsində könüllü xidmət edərək, keçirilən bir sıra hərbi əməliyyatlarda da yaxından iştirak edib. Ağdam rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunmazdan 2 gün əvvəl bölmənin istifadəsində olan əməliyyat rabitəsini, icraatında olan bütün əməliyyat sənədlərini öz təkid və təşəbbüsü ilə şəxsən xilas edib. Mühüm sənədlərin düşmən əlinə keçməsinə imkan verməyən O.Əliyev həmin sənədləri MTN-nin Yevlax rayon şöbəsinə təhvil verib.

1993-cü ildə MTN-nin Biləsuvar və Yardımlı rayon şöbələrində əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Sonradan isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin özündə işlə təmin edilib. 1997-ci ildə "Qarabağ Müharibəsi Veteranı" adını qazanıb.

2006-cı il fevralın 27-də iş başında dünyasını dəyişib.

Tarix
2018.10.18 / 19:05
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla