Yuxarı

Dilçilərdən gülməli addım: Onu monitorinqə cəlb etdilər

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqiçilərin dilində ən çox pozuntu dialektlərin işlədilməsidir. Bununla yanaşı sözlərin yazı qaydasına uyğun tələffüzü də aşkarlanan pozuntular arasındadır.

Kult.az xəbər verir ki, bu sözləri Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva musiqi ifaçıları və ədəbi dil normasının gözlənilməsi ilə bağlı monitorinqin nəticələrini təqdim edərkən deyib.

Onun sözlərinə görə, monitorinq nəticəsində musiqiçilərin dil qüsurlarının 13 faizi fərdi, 30 faizi yazı normasına uyğun tələffüz, 33%-i orfoepik normanın qanunlarına əməl edilməməsi, 57 faiz dialekt qüsurların saxlanılmasıdır. Bu səhvlərin hamısı eyni janrda üstünlük təşkil etmir. Dialekt əsasən rep, meyxana janrında təsadüf edilir.

N.Qazıyeva bildirib ki, estrada-pop, meyxana, aşıq musiqisi, muğam ifaçılarının dili monitorinqə cəlb edilib:

“Monitorinq zamanı müğənnilərin dilində əsasən tələffüz qaydalarına əməl etmədiyi aydın görünür. Müğənnilər elə düşünür ki, necə yazılıbsa, elə tələffüz edilməlidir. Bunu bir çox müğənninin ifasında müşahidə edə bilirik. İlqar Sail ifasında dialekt şivələrə rast gəlinir, əsasən, Bakı dialektindən istifadə edib.

Muğam ifaçısı Elnarə Abdullayeva sözləri bəzi hallarda Şirvan ləhcəsində tələffüz edir, Aşıq Telinin ifasında dialekt, Aşıq Əlinin ifasında intonasiya pozuntusu və dialekt sözlərə rast gəlinir. Müğənni Eyyub Yaqubov ifasında Bakı ləhcəsində sözlərin tələffüzünə rast gəlinib”.

N.Qazıyeva bildirib ki, həm aparıcı, həm musiqçilərimiz söz sonunda samit cingiltili olsa, ondan sonra samit və ya samitlə başlanan söz gəlsə də, cingiltili tələffüz edilir.

“Halbuki, bu halda cingiltili samit kar kimi tələffüz edilməlidir. Bu həm də musiqiçi üçün də zərərlidir - boğaz həddən artıq yüklənir. Məsələn, müğənni Röyanın ifasında bu hala rast gəldik. Brilyant Dadaşova, Zülfiyyə Xanbabayevanın ifasında söz sonluğunun pozulmasına rast gəlinir. Onu da xüsusi olaraq vurğulamalıyam ki, bu problem fərdidir, onu aradan qaldırmaq mümkündür. Bu pozuntulara yol verənlər öz nitqində bu qüsuru eşidirsə, onu düzəldə bilər”.

Dilçi alim bildirib ki, müğənni Üzeyirin ifasında “c” samitinin “ç” kimi tələffüzü müşahidə olunub:

“Müğənnilərin ifasında vurğu, intonasiya ilə bağlı da kifayət qədər qüsurlara rast gəlinir. Müğənni Şəbnəm Tovuzlu, Fədayə Laçın, Aşıq Zülfiyyənin ifasında bu pozuntular müşahidə edilir”.

Qeyd edək ki, F.Laçın 30 oktyabr 2017-ci ildə həbs edilib. Onun bir ildən sonra aparılan monitorinqə cəlb edilməsi araşdırmanın son bir ili əhatə etdiyi barədə şübhə yaradır.

Tarix
2018.10.19 / 12:51
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla