Yuxarı

Xalq artistləri də ifaçıların dilindən gileyləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi Adına Dilçilik İnstitutu Musiqi ifaçıları və ədəbi dil normasının gözlənilməsi ilə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayıb.

Kult.az xəbər verir ki, tədbirdə çıxış edən institut direktoru Möhsün Nağısoylu Azərbaycan dilinin dünya dilləri arasındakı yerindən danışıb:

“Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Parlamentin ikinci qərarı dillə bağlı olub. Ulu öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə Azərbaycan dilinə böyük önəm verib. Bu gün də dilimizin qorunması ilə bağlı dövlət proqramları qəbul edilir. Təəssüf ki, bu gün bir çox sahələrdə pozulur. Eləcə də bu gün musiqi ifaçıları tərəfindən ədəbi dil normalarının pozulması hallarına rast gəlinir. Bu, bizim ustad sənətkarlara aid deyil. Əsasən də meyxanaçıların dilində rusca sözlərə rast gəlinir”.

Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva şöbənin əsas işinin bütün sahələrdə Azərbaycan dilinin qaydalarının qorunması olduğunu deyib:

“Musiqi ölkəmizi dünya səviyyəsində təmsil etdiyindən onlar ifadələrində ikiqat məsuliyyət daşıyır. Məhz bu səbəbdən şöbəmiz musiqiçilərin dilinin monitorinqini aparmağa qərar verdi”.

Tədbirdə çıxış edən xalq artisti Mənsum İbrahimov bildirib ki, müəllim olsa da, dil haqqında mütəxəssis rəyinə ehtiyacı var:

“Bədii ədəbiyyat insanın formalaşmasında böyük əhəmiyyət kəsb edir. Bu gün özəl telekanalların sayı artır, lakin bəzən qeyri-peşəkarların çalışması, xarici sözlərin işlədilməsi bizi narahat edir. Əvvəl efirdəki ifadə səhvinə Bəstəkarlar İttifaqının sədri fikirlərini bildirirdi. İndi heç kim efirdəki səhvlərə reaksiya vermək istəmir. Bu da yanlışlıqların sayını artırır. Təklif edirəm ki, Milli Konservatoriyada belə tədbir keçirilsin, Dilçilik İnstitutunun əməkdaşları yeni ifaçılarımıza dil qaydalarını öyrətsin. Gənc ifaçıların bu cür dərslərə ehtiyacı var”.

Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva musiqiçilərin dilinin ədəbi dilə təsirini nəzərə alaraq belə bir monitorinq apardıqlarını deyib:

“Bu vaxta qədər dilin tətbiq edildiyi sahənin ədəbi dilə təsir imkanları nəzərə alınaraq əsasən aparıcıların dili üzərində monitorinq aparılırdı. Çünki bu gün ədəbi dilin əsasında publisistik üslub dayanır. Lakin inkaredilməz faktdır ki, folklor nəğmələrindən bugünkü mürəkkəb musiqi janrlarına qədər mahnılar ədəbi dilə təsir göstərib. Buna görə də ifaçıların ədəbi dil monitorinqlərini aparmağa qərar verdik”.

Tədbirdə çıxış edən xalq artisti Flora Kərimova bu gün musiqi, dilin reytinqə qurban verildiyini deyib:

“Mən xalq artistlərinə “c” hərfini “ç” kimi tələffüz etməyin” deyə fikir bildirəndə, onlar “mən xalq artistiyəm” deyə cavab verirdilər. Bu cür monitirinqlər yalnız təsir imkanları olduğu halda əhəmiyyət daşıyır. Mən dilimi Qarabağ faciəsindən sonra öyrəndim, evdə rus dilində danışırdıq. Lakin ifaçı oxuduğu dili bilməlidir. Hər insan öz peşəsində vətəndaş olmalıdır”.

Tarix
2018.10.19 / 13:39
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla