Yuxarı

Şirvanşahların abidələri Azərbaycana gətirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı beynəlxalq elmi konfrans çərçivəsində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılacaq.

Kult.az xəbər verir ki, sərgi ilə əvvəlcə konfrans iştirakçıları, oktyabrın 25-dən isə ictimaiyyət nümayəndələri tanış olacaqlar.

Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar ziyarətçilərin ixtiyarına veriləcək. Sərginin əsas eksponatlarını İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edəcək, həmçinin Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunacaq.

Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində “canlanan” eksponatlar, onların ehtiva etdiyi dərin məna və Şirvanşahlar Sarayının tarixi ab-havasını zənginləşdirəcək qədim musiqi alətlərində ifa olunan musiqilər, eləcə də öz tarixi, ilkin obrazını səsləyən konstruksiyalardan istifadə olunacaq.

Sərgi gələn ilin yanvarın 23-dək İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksində hər gün saat 9:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, sərginin açılışı ilə əlaqədar rəngarəng mövzularla zəngin “Şirvanşahlar irsi dünya muzeylərində” adlı kataloq nəşr olunub.

Tarix
2018.10.23 / 18:04
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla