Yuxarı

Mikayıl Müşfiqi kim və necə öldürüb? – Qohumundan şok

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atama danışmışdılar ki, Mircəfər Bağırov özü bir dəfə Müşfiq əmimin kamerasına girib, onunla danışıb.

Kult.az xəbər verir ki, bu sözləri görkəmli şair Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Aznyus.az-a müsahibəsində deyib. O, Müşfiqi şəxsən Mircəfər Bağırovun qətlə yetirdiyini bildirib:

“Ondan soruşub ki, səni incitmirlər? Müşfiq də cavab verir ki, yox. Mircəfər də istehza ilə deyib ki, üz-gözündən görürəm. Bütün sifəti partlaq-partlaq imiş, dırnaqlarını çıxarıbmışlar. İşgəncə görsə də, Mircəfərə şikayət eləməyib. Mircəfər çıxanda deyib ki, sənin dilini açmağın yolunu taparam. Bu görüşdən sonra onu başqa kameraya köçürürlər. Kameranın yeri şüşə qırıqları ilə dolu imiş, orda yatıb, orda dururmuş. Mircəfər Bağırov bu kamerada da ona baş çəkir. Qapı açılanda Müşfiq ona nə deyir, nə demirsə, Mircəfər tapançanı çıxarıb birinci gülləni vurur. Yanındakı da kontrol gülləsini başından vurur”.

Vahab İsmayılzadə Müşfiqin nəşinin dənizə atılması ilə bağlı əllərində bir faktın olmadığını vurğulayıb.

Tarix
2018.10.26 / 16:50
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla