Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


MM-in qadağasına aktyorlardan etiraz

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 2-də Milli Məclisin (MM) plenar iclasında kino və teatrda tütün vasitələrinin qadağası ilə bağlı qanunun tətbiqi barədə qərar etiraz doğurub. Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov sözügedən qadağaya etiraz edərək, bunu yaradıcılıq azadlığının məhdudlaşdırılması olduğunu bildirib.

Kult.az xəbər verir ki, bu qadağanın tətbiqi bir çox sənətçi tərəfindən də etirazla qarşılanıb. Əməkdar artist Rasim Cəfər, aktyorlar Kamran Ağabalayev, Taleh Yüzbəyov, rejissorlar Amil Məmiyev, Emil Quliyev və başqaları sözügedən qanuna qarşı çıxaraq, sosial şəbəkələrdə #imkanverinçəkək həştəqi altında paylaşımlar ediblər.

Onlar sözügedən qanunun ləğvi üçün müraciət ediblər. Müraciətdə bildirilir:

“Hörmətli Milli Məclisin deputatları!

Kino və teatr hər şeydən əvvəl yaradıcı, dünyəvi məna daşıyan və tamaşaçı ilə dərindən təmas quran incəsənət formalarıdır. Biz hər bir obrazı canlandırarkən, yazarkən və ya göstərərkən onun daxili dünyasını bütünlüklə analiz edir, anlayır, sevir və ortalığa çıxarırıq. Bizim sənətimiz yaratdığımız obrazları tamaşaçıya ötürməkdir. Hər bir obraz özünəməxsus formada, yaşadığı dövrə və mühitə uyğun bir şəkildə bizim tərəfimizdən tamaşaçıya təqdim olunur. Təqdim edərəkən biz yaradıcı gücümüz ilə tam azad şəkildə, heç bir qadağa olmadan sənət ilə məşğul oluruq. Əgər bir obraz siqaret çəkməlidirsə və biz hər hansısa bir qadağa ilə onu yığışdırırıqsa, deməli, saxta və yalançı bir iş görürük. Eyni zamanda, bu, bizim yaradıcılıq azadlığımızın kobud şəkildə pozulmasıdır. Təbii olaraq siqaretin zərərləri hamıya məlumdur və bir çox ölkənin televiziya efirlərində bunun üçün müəyyən formada qadağalar var. Ancaq bu, heç bir sivil, mədəni inkişafı olan ölkədə kinoteatrda göstərilən filmlərə və ya teatr səhnəsində oynanan tamaşalara aid ola bilməz. Çünki kino və teatr televiziya efiri deyil. Sənətini sevən kino və teatr sənətçisi bu qadağanı qəbul edə bilməz və etməməlidir. Yazıb sizlərə bildiririk ki, “kino və teatrda tütün vasitələrinin qadağası” ilə bağlı qanun yaradıcılıq azadlığımıza və sənətimizə müdaxilədir və sizlərə müraciətimiz budur ki, bu qanunun tətbiqini ləğv edəsiniz”.

Tarix
2018.11.05 / 11:10
Müəllif
Büllurə Yunus
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kral ailəsində “Markl qasırğası”: Etiket qaydalarını pozur

Sevil Nuriyeva həyat yoldaşından yazdı: Ümidim... - Foto

MTRŞ-dan TV-lərə xəbərdarlıq: Qıcıq yaradan verilişlər...

Amaliya Pənahovanın bu vəzifəsi qızına verildi - Video

Anar Şükürov “Lider”dən ayrıldı

Geyimlərimi xüsusi hazırlatdırıram – Millət vəkili

Vüsalə Əlizadə əməliyyat olundu - Foto

Güney Azərbaycanda bağçaya türkcə kitablar paylandı

Tanınmış azərbaycanlılar həbsdə görüşdülər - İlk dəfə

Ərdəbildə məşhur zavod bağlandı: 2 min insan...

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla