Yuxarı

Tahir Kərimli dəqiqədə yanlış etdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Tahir Kərimli Milli Məclisin noyabrın 2-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun müzakirəsi zamanı digər himnlərin 2-2.5 dəqiqə olduğu halda, Azərbaycanın dövlət himninin 4 dəqiqə olduğunu deyib. O bildirib ki, himnimizin həcmi azaldılmalı, bədbin notlar götürülməlidir.

Kult.az xəbər verir ki, sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyova məxsus olan Azərbaycan Respublikasının dövlət himni əslində 4 dəqiqə yox, 2 dəqiqə 13 saniyədir.

Bundan əlavə, digər dövlətlərin himninə nəzər salsaq görərik ki, himnimiz heç də deyildiyi kimi uzun və yorucu deyil.

Yunanıstanda dövlət himni (“Hymn to Liberty” - Azadlıq himni) 2 dəqiqə 2 saniyə, Rusiyada 3 dəqiqə 51 saniyə, İspaniyada 2 dəqiqə 3 saniyə, Norveçdə 3 dəqiqə 26 saniyədir.

Qeyd edək ki, hazırda dünyada himnlər üçün normal zaman 2-2,5 dəqiqədir ki, bunu millət vəkili Tahir Kərimli özü də vurğulayıb.

Tarix
2018.11.05 / 14:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla