Yuxarı

İlham Rəhimovun kitabı Qazax dilində

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı elm adamları arasında geniş maraq doğurduğundan, Qazaxıstan hüquqşünaslarının təşəbbüsü ilə Qazax dilinə də tərcümə edilərək çap olunub. Qazax dilinə tərcümə olunmuş bu kitab təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də oxucular tərəfindən maraqla qarşılanıb.

Kult.az xəbər verir ki, nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.

Professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı türk, ingilis, italyan, yəhudi və bolqar dillərində də çap olunub.

Qeyd edək ki, Qazax dilinə tərcümə olunmuş bu kitabın yaxın günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində professor İlham Rəhimovun özü də iştirak edəcək.

Tarix
2018.11.07 / 12:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla