Yuxarı

Lənkəranda Çay, çəltik və sitrus festivalı keçirilir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da səhər saatlarında Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında ikinci Çay, çəltik və sitrus festivalı başlanıb.

Kult.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı keçirilən festivalda dövlət və hökumət, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları, mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak edirlər.

Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkdakı örtülü pavilyonlarda və vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilir. Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.

Bundan başqa, festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif kabablar təqdim edilir.

Tədbirdə bədii özfəaliyyət kollektivlərinin rəngarəng musiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.

Festival axşam saatlarında Lənkəran Şəhər Mədəniyyət Mərkəzində respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatacaq.

Tarix
2018.11.10 / 12:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla