Yuxarı

Bilik Fondu bu uşaqları sevindirdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib.

Kult.az xəbər verir ki, Tədbirdə Bilik Fondunun əməkdaşları Xatirə Hüseynova, Ramilə Qurbanlı, Abbas Əliyev, uşaq yazarları Reyhan Yusifqızı, Sevinc Elsevər, “Brayl Nəşrləri” İnformasiya Resurs Mərkəzinin rəhbəri Mais Muradov iştirak ediblər.

İnternatın direktoru İradə Vəzirova qonaqları salamlayaraq, sağlamlıq imkanları məhdud gənclərin xüsusi istedadlarından və onlara dövlət tərəfindən göstərilən qayğı və diqqətdən danışıb.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova təmsil etdiyi qurumun maarifləndirici layihələrindən söz açıb, gənclərə və yeniyetmələrə yaradılan şəraitdən bəhs edib. Sektor müdiri Fondun dəstəyi ilə internatda təhsil alan uşaqlar üçün Brayl üsulu ilə nəşr olunmuş hekayələr kitabını təqdim edib.

Kitabda uşaq yazarları Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, Mina Rəşid, Sevinc Elsevər və Mehriban Nağıyevanın bir-birindən maraqlı kiçik hekayələri toplanıb. Kitaba ARB Aran Yaradıcılıq Mərkəzinin hazırladığı audio disk də əlavə olunub. Hekayələri yazarlar özləri səsləndiriblər.

Reyhan Yusifqızı və Sevinc Elsevər balacalara mütaliənin faydaları, ədəbiyyatın uşaqların dünyagörüşünün inkişafında rolu barədə danışıblar.

İnternatda təhsil alan gözdən əlil uşaqlar arasında şeir və rəsm üzrə keçirilmiş müsabiqənin qaliblərinə Bilik Fondunun hədiyyələri və diplomlar təqdim olunub.

İnternatın kitabxanasına və 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə Brayl üsulu ilə nəşr olunan “Hekayələr” kitabı hədiyyə olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələri, internat məktəbi şagirdləri hazırladıqları kompozisiyaları təqdim ediblər.

Tarix
2018.11.13 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla