Yuxarı

Ekspert akademiki dəstəklədi: Jurnalistlər imtahan versin…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”na daxil olan “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” təklifi qəbul olunarsa, attestasiyanı həmin qurumların özləri keçirəcək.

Bu sözləri Kult.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu deyib.

Attestasiyanın keçirilməsi təklifinə münasibət bildirən media eksperti Qulu Məhərrəmli isə bildirib ki, jurnalistlərlə yanaşı, dilçilərimizin özləri də attestasiyadan keçməlidir:

“Möhsün Nağısoyun irəli sürdüyü fikiri dəstəkləyirəm, çox gözəl addım olardı. Hamının vətəndaş borcudur ki, dil daşıyıcısı kimi, o dilin saflığını qorusun. Dilimizin qorunması üçün bir çox dövlət sənədi var. Təəssüf ki, bu, praktikada özünü doğrultmur. Bunun da çox ciddi səbəbləri var. Əsas səbəb dilin tədrisi və təbliğ olunmaması və bu istiqamətdə tələblərin verilməməsi ilə bağlıdır. Yəni dil daşıyıcılarımız dil üçün məsuliyyət daşımırlar. Dilin saflığının qorunması üçün attestasiyaya yaxşı olardı ki, Dilçilik İntitutunun özündən başlanılsın. Yəni birinci o addımı dil tədqiqatları ilə məşğul olan institutun özündən başlamaq lazımdır. Bundan sonra digər sahələrdə də bu attestasiyanı aparmaq olar. Dil keşiyində dayanan insanlar dilimizi yaxşı bilməli və səlis nitqə sahib olmalıdırlar ki, nümunə olsunlar. Bu təklifi dəstəkləyirəm. Media sahəsində çalışan hər kəs dili çox gözəl bilməlidir. Hesab edirəm ki, tədbirləri müəyyənləşdiriləndə çox diqqətli və düşünülmüş addımlar atılmalıdır ki, cəmiyyətdə xoş qəbul edilsin”.

Qeyd edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu tədbirlər planında 30-dan çox maddənin əksini tapdığını və bunlar arasında “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi”nin də daxil olduğunu bildirib.

Tarix
2018.11.14 / 12:59
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla