Yuxarı

7 il sürgün həyatı yaşayan xalq yazıçısı anıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, nasir və ədəbiyyatşünas, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Gülhüseyn Hüseynoğlunun anadan olmasından 95 il ötür.

Kult.az xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Gülhüseyn Hüseyoğlunun 95 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbirdə elm və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri və şairin tələbələri iştirak edirblər.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Elmira Axundova, akademik Nizami Cəfərov, tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusifli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun sektor müdiri Məmməd Əliyev və tələbələr Gülhüseyn Hüseynoğlunun həyat və yaradıcılığına nəzər salıblar. Keçən əsrin 40-cı illərindən ədəbi yaradıcılığa başlamış Gülhüseyn Hüseynoğlunun ömrünün mənasını məğrurluq, təvazökarlıq, zəhmətkeşlik kəlmələri daha dolğun ifadə edir. Vaxtilə Azərbaycanın müstəqillik arzusunu dilinə gətirdiyinə görə sovet sistemi tərəfindən zindana atılan yazıçı ömrü boyu qürurundan enməyib, təmənnasız, gözü-könlü tox yaşayıb.

25 il azadlıqdan məhrum edilən Gülhüseyn Hüseynoğlu elmi fəaliyyətinin, demək olar ki, əsas hissəsini məhz sovet sisteminin qurbanı olmuş nakam şair Mikayıl Müşfiqin yaradıcılığına həsr edib.

Tədbirdə onun əsərləri gənc aktyorlar tərəfindən səslənib, eyni zamanda nəvəsi Mədinə Abdullayeva babasının şeirini söyləyib.

Akademik Nizami Cəfərov deyib ki, xalq yazıçısı Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatının tarixində həm gözəl əsərləri ilə yer tutur, həm mənsur şeirin yaradıcısıdır, eyni zamanda represiyaya məruz qalmış bir ziyalı kimi nüfuz sahibidir: "O, Azərbaycanın müstəqilliyi üçün lap gənclik illərindən mübarizə aparmış ziyalıdır. O, həm də çox gözəl bir müəllim idi. Bakı Dövlət Universitetində uzun illər dərs deyib, bizim nakam şairimiz Mikayıl Müşfiqin tərcümeyi-halının, yaradıcılığının öyrədilməsində ən böyük işləri o görüb. Ümumiyyətlə, Gülhüseyn Hüseynoğlu deyəndə gözümüz önünə gözəl müəllim, böyük yazıçı, görkəmli vətənpərvər, xalqını, dilini, mədəniyyətini sevən bir şəxsiyyət gəlir".

Yazıçısı Gülhüseyn Hüseynoğlunun oğlu, həkim-stomatoloq Toğrul Abdullayev bildirib ki, bu gün onun üçün çox əlamətdardır: "Atam uzun, çətin və maraqlı bir ömür yaşayıb. Gənc yaşlarında stalinizm dövründə Azərbaycanın uğrunda, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi üçün mübarizə aparıb. Sibirin ağır şəraitində məhkumluq şəraiti yaşayıb. Sibirdə olanda repressiyaya məruz qalmış şair və yazıçıların izini axtarıb və 27 şair və yazıçı haqqında əsərlər yazıb. 1955-ci ildə bəraət alıb Bakıya qayıdandan sonra BDU-da Mikayıl Müşfiqlə bağlı elmi işini davam etdirib və müdafiə edib.

Gülhüseyn Hüseynoğlu Azərbaycanda mənsur şeirin banisi olub. 20-dən çox kitabı, monoqrafiyaları, povest və oçerkləri var.

Pedeqoq kimi onun Azərbaycanda çoxlu tələbələri var, burda iştirak edənlərin bir hissəsi onun tələbələri olub".

“Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti Cavanşir Qurbanov “Cabir Novruz” Mədəniyyət Fondunun təsis etdiyi “Mikayıl Müşfiq” mükafatını ailəsindən oğlu Toğrul Abdullayevə təqdim edib.

Sonra Gülhüseyn Hüseynoğlunun ssenarisi əsasında çəkilən "Mücrü" qısametrajlı bədii televiziya filmi təqdim olunub.

Tarix
2018.11.17 / 13:15
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla