Yuxarı

Ekspert: Aktyor-direktor davasının günahkarı... - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:07

Təhsil idarəçiləri təkcə təhsil verməməli, həm də dərs almalıdırlar. Hansısa insident baş verəndə tum çırtdayıb detektiv film izləyirmiş kimi kənardan izləyici mövqeyində olmaq lazım deyil.

Bu sözləri Kult.az-a tanınmış aktyor Rza Rzayevlə 175 saylı məktəbin direktoru Tural Mirzəliyev arasında baş verən qalmaqala münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi bu qalmaqaldan xəbərdar olsa da, heç bir tədbir görməyib:

“Onlar arasında münasibətlər bir ilə yaxındır gərgin idi. Səbəb məlum idi. Amma aidiyyəti üzrə addım atmalı olan Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi izləyici mövqeyində qaldı. Bu müddət ərzində təhsilin idarəçiləri bu iki şəxsin arasındakı problemi həll etməklə barışdırmalı idilər. Çünki problem gizli deyildi. Hər iki ziyalı bir-birinə sosial şəbəkələr və mətbuat vasitəsilə açıq müharibə elan etmişdi və bu, onların bir-birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi. Sadəcə olaraq, kim dözümsüzlük nümayiş etdirsə, ilk o hücuma keçəcəkdi. Çünki hər iki tərəfin haqlı arqumentləri var idi.

Azərbaycan-Ermənistan arasında ağır münaqişəni görüşüb müzakirə etdiyimiz dövrdə iki vətəndaş arasındakı münasibətləri aidiyyəti qurumlar tənzimləyə bilmirsə, deməli, günahkar onlardır. İndiyə qədər qarşıdurma həll olunmalı idi. Təəssüf ki, nəticə belə oldu. Düşünürəm ki, məsələ hüquq müstəvisində düzgün həll olunacaq. Bütün detalları və tərəflərin mövqeyini öyrənəndən sonra dəqiq fikir bildirəcəyəm.

Tural müəllim orta məktəblərə rəhbərlik edən, uzun müddət təhsildə olan, islahatçı bir ziyalıdır, Rza Rzayev də xalqını, millətini sevən, bütün imkanlarını sənət yolunda səfərbər edən, mərd şəxsdir. Düşünürəm, bu ifadələr çox məsələdən xəbər verir. Məhz bizim məktəblilər üçün Rza Rzayev müasir dövrün kişi qəhrəmanı olaraq nümunə gətirməli idi. Bizim məktəblər onu məktəblərə dəvət edib şagirdlərlə görüşdürməli idilər, özümüzün müasir qəhrəman obrazımızı tanıtmalı, formalaşdırmalı idilər”.

Ekspert bildirib ki, təhsil idarəçiləri bu məsələdən dərs almalıdırlar:

“Bu təkcə Tural bəyə, Rza bəyə vurulan zərbə deyil, ölkə məktəbinə, sənətinə vurulan zərbədir. Belə hadisələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi. Ümid edirəm ki, bundan sonra susmayacaqlar. Yoxsa bu gərginlik yenə də davam edəcək. Mütləq hər iki şəxsi görüşdürüb, barışıq əldə olunmalıdır”.

Qeyd edək ki, ötən gün "Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, "Drakon” obrazını canlandıran Rza Rzayevlə 175 saylı məktəbin direktoru T.Mirzəliyev məhkəmə qarşısında əlbəyaxa dava edib. Aktyorun qolu sınıb, direktor isə ciddi travma alıb və hazırda 3 saylı Şəhər Xəstəxanasında müalicə alır.

Tarix
2018.11.21 / 11:20
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla