Yuxarı

Onun vəfat etdiyi an Savalan silkələndi... - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlunun vəfatı sevənləri ilə yanaşı dostlarını da dərindən sarsıdıb.

Kult.az tanınmışların sosial şəbəkələrdə Novruz Novruzlunun vəfatı ilə bağlı yazdıqlarını təqdim edir:

Xalq şairi Sabir Rüstəmxanlı: “Böyük mügənnimiz Novruz Novruzlunun ölüm xəbərini eşitdim. Sanki Savalan silkələndi, öz səsim batdı”.

Şair Rüstəm Behrudi: “Musiqi və teatr sənətimizdə xüsusi yeri, dəst-xətti olan gözəl sənətkarımız Novruz Novruzlu ürək tutmasından vəfat edib. Qəbrin nurla dolsun. Nə qədər mahnı yetim qaldı sənsiz, qardaşım”.

Fəlsəfə doktoru Etibar Əliyev: “Sufi şair Hafiz Şirazi deyirdi: “çoxları deyir ki, həyat insan bədəninə musiqi vasitəsilə daxil olub, ancaq həqiqət ondan ibarətdir ki, həyatın özü musiqidir”. “Savalan” qrupunun bədii rəhbəri və solisti, ilahi mahnıların mahir ifaçısı Novruz Novruzlu oxuyanda həyatın yalnız musiqidən ibarət sferasına düşürsən. Böyük sənətkar, gözəl insan, dəyərli dostumuz dünyasını dəyişdi. Onun səsindəki maqnetizmi duymuşdunuzmu? O maqnetizmi ki, heç bir musiqi alətində və başqa səslərdə yoxdur. Novruz realı ideala çevirən sənətkar idi. İlahi mahnıların son ifaçısını itirdik. Səsin qulağımızda deyil, ruhumuzda qalacaq. Allah rəhmət eləsin!”

Politoloq, şair Elçin Mirzəbəyli: “Tanrı ilə aramızdakı gerçək bağlardan birini də itirdik. Allah rəhmət eləsin!”

Türkiyəli rejissor Önər Kılıç: “Sözün bitdiyi an. Novruz Novruzlu qardaşım, daha 5 gün əvvəl Bakıya gəldiyimdə “xoş gəldin, qardaş” deyə mesaj göndərmişdin. 2015-ci ildə Bakıda Türk Filmləri həftəsi keçirdiyimiz zaman səni tanımışdım. Hər zaman halımı, xətrimi soruşardın. Ruhun şad, məkanın cənnət olsun, qardaşların qardaşı. Sadəcə Azərbaycan deyil, Türk dünyasının musiqisi yetim qaldı”.

Aktyor, qiraətçi Kamran Yunis: “İçimizdən, ruhumuzdan gedən insan, Allah sənə rəhmət eləsin!”

İlahiyyatçı Rəsul Mirhəşimli: “Allah Rəsulunu (s) çox sevirdi, onun mövludu günü köçdü bu dünyadan. Dost dediyi Əfəndimizi canından çox sevirdi, onun dünyaya gəldiyi gün köç etdi əbədi dərgaha. Vətəni, milləti sevən vətəndaş idi. 20 noyabr faciəsinin növbəti ildönümü bu dünyaya gözlərini əbədi yumdu.

Onun dostlarının arzularında övladlarının toyunda Novruzun ifasında “Bil oğlum” musiqisinin sədaları altında övladına baxıb, qürur hissi keçirmək istəyi idi. Nə qədər ata-ananın bu istəyi elə arzu olaraq qaldı.

Xatirələrimizdə kədərini, qəmini könlünə gömüb, hər kəsə gülümsəyən siması qaldı. Bu qədər böyük istedadı ilə təvazökar insan qəlbimizdə ən əziz guşədə məskən salıb getdi. Heç kimdən incimədi, heç kim də ondan incimədi. Hər halı, hər davranışı ilə insan oldu, insan kimi yaşadı.

Bizi dost sarıdan yetim buraxıb getdin!

Məkanın Cənnət, ruhun şad olsun, qardaş!

Sənin ruhun çoxdan öz Sahibində idi, bu gün cismini də təslim etdin!”

Qeyd edək ki, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlu ötən gün ürək tutmasından dünyasını dəyişib.

Tarix
2018.11.21 / 18:21
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla