Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 Dekabr 2018


Tarixi hadisədən 100 il ötür - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaradılmasından 100 il ötür.

Kult.az xatırladır ki, 1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi Qızlar məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı olub. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də keçirilib.

Bu dövrdə Parlamentin cəmi 145 iclası olub. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmayıb. Qalan 130 iclasdan ikisi tarixi - 28 may və 15 sentyabrda (1919-cu ildə) müvafiq olaraq Azərbaycanın İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümləri münasibətilə; dördü təntənəli 12 mart 1919-cu il və 12 mart 1920-ci illərdə Böyük Rus İnqilabının 2-ci və 3-cü ildönümləri; 27 iyun 1919-cu il - Azərbaycanla-Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il - Paris sülh konfransı iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə keçirilib.

İkisi isə fövqəladə vəziyyətlə bağlı - 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstanla-Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə keçirilmiş iclaslardır. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və sair məsələlər müzakirə olunub.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə - “Azərbaycan Parlamentinin təlimatı” əsasında idarə olunub.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verib:

“Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan AXC Parlamenti elmin, təhsilin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, müəllim kursları, kitabxanalar açılırdı.

Parlament gördüyü bu işlərlə bir toplum üçün mühüm olan komponentlərin xalqımızın yaddaşına həkk olunmasına zəmin yaratdı.

Tarix
2018.12.07 / 11:27
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Mağazanın “gözə girən” yanlış adı - Foto

AMEA-da ciddi ixtisarlar başladı – Açıqlama

Rusiyada azərbaycanlı iş adamı intihar etdi

Nazirlik Fəxrəddin Manafovla bağlı qərar verəcək - Direktor

Azərbaycan alimləri niyə bu gündədir?

Trampın övladları təhlükədədir – Hollivud ulduzu

Tanınmış həkim Şahdağa çıxarkən qəfil vəfat etdi

Azərbaycanda 100-dən çox sürücü saxlanıldı - Video

Məşhur Hacıbəylilərin varisləri Tarix Muzeyində - Foto

Leşenko xəstəxənaya çatdırıldı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla