Yuxarı

Ya kimisə axtarırlar, ya da gəlin qayınana ilə savaşır - Deputat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Televiziyalar insanların zövqünü korlayır.

Kult.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Aqil Abbas deyib.

Deputatın fikrincə, İctimai Televiziya, Azərbaycan Dövlət Televiziyası və Mədəniyyət Kanalı istisna olmaqla digər kanalların fəaliyyəti qənaətbəxş sayıla bilməz:

“Hansı kanalı açırsan, ya kimisə axtarırlar, ya da gəlin qayınana ilə savaşır. Belə verilişlərlə insanların beynini yorur və zövqünü korlayırlar”.

Deputat əlavə edib ki, kanalların verilişi ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və prezidentin köməkçisi Əli Həsənovun məqaləsi olub.

Aqil Abbas təklif edib ki, televiziyaların cəzalandırılması ilə bağlı qanuna dəyişiklik edilsin:

“Dünyanın hər yerində belə cəzalar nəzərdə tutulur. Qardaş Türkiyədə kanallar bəzən bir həftə, bəzənsə bir ay cəzalandırılır, fəaliyyəti dayandırılır. Hesab edirəm ki, bizdə də Milli Teleradio Şurasına belə səlahiyyət verilməlidir”.

Tarix
2018.12.07 / 14:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla