Yuxarı

Məşhur Hacıbəylilərin varisləri Tarix Muzeyində - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olan məşhur Hacıbəylilər nəslinin nümayəndələri 8 dekabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində olub.

Komitədən Kult.az-a verilən məlumata görə, muzeyin bələdçisi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəylini, Azərbaycan tarixini ən qədim dövrdən bu günə qədər əks etdirən ekspozisiya ilə tanış edib.

Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib və neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə də tanış olublar. Məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi və eksponatlar qonaqların marağına səbəb olub.

Daha sonra Hacıbəylilər Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib. Qonaqlara məlumat verilib ki, ərazidə daş dövründən orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini əcdadlarımız yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və

yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qoruqda tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm verilir. Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan Qoruğu 2007-ci ildə YUNESKO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Qədim insan məskəni ilə

tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıb.

Günün sonunda Diasporla İş üzrə Dövlət Komitəsinə gələn Hacıbəylilər Komitə rəhbəri ilə görüşərək səfər təəssüratlarını bölüşüblər və Diaspor TV-nin qonağı olublar. Dövlət Komitəsinin, Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində, Azərbaycana gələn Ceyhun Hacıbəylinin varisləri 9 dekabr tarixində Parisə yola düşüb.

Tarix
2018.12.09 / 12:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla