Yuxarı

Mağazanın “gözə girən” yanlış adı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda fəaliyyət göstərən mağazaların birinin adı kimi təqdim edilən şüarda kobud orfoqrafik səhvə yol verilib.

Kult.az xəbər verir ki, “Qara Qarayev” metrostansiyasının yaxınlığında, yol kənarında yerləşən 3 mərtəbədən ibarət binanın iki mərtəbəsi geyim mağazası kimi fəaliyyət göstərir. Geyimlərin ucuz təqdim edildiyini nümayiş etdirmək üçün mağazanın adı “Ucuzdan da ucuz” qoyulub. Lakin binanın üzərinə olduqca böyük hərflərlə yazılan “Ucuzdan da ucuz” ifadəsində “da” ədatı bitişik yazılıb.

Maraqlıdır ki, uzun müddətdir fəaliyyət göstərən mağazanın adı elə ilk gündən olduğu kimdir. Görünür, gözümüzü deşən bu kobud səhv ya heç kəsi narahat etmir, ya da heç kəs bu səhvin fərqinə varmır.

Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Həmçinin Prezident bu il sədri olduğu Dövlət Dil Komissiyasının yeni tərkibini formalaşdırıb və 1 noyabrda "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Tarix
2018.12.11 / 14:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla